11.07.2013

Kirayə çarpayı

Vasif Əlihüseyn

Aprel ayının ilk günləri idi. Hərbi xidmətimi başa vurub təzəcə qayıtmışdım kəndə. Hələ də qışın soyuğu canından çıxmamışdı kəndimizin, evlərin damından odun peçinin tüstüsü qarışırdı buludlara. Ərinin xəyanətlərinə dözməyən Sima Rusiyanın Krasnadar şəhərində əriylə böyük dava-dalaş saldığından əri tərəfindən üç uşaqla atası evinə qovulmuşdu. Simadan boşanmamış əri rayona gələrək, subay bir qızla ailə quraraq qızı da götürüb yaşadığı Krasnadar şəhərinə yolanmışdı.
Sima məndən çox yox, hardasa bir iki yaş böyük olardı. Sadəcə olaraq tez ərə getmişdi. Elə uşaqlığımızda bir yerdə keçmişdi.
Üç uşaq doğmasına baxmayaraq, çox yaxşı fiqurası var idi, hətta küçənin kişiləri də ona həsrətlə baxırdı. Bir xanım olaraq ondan mənim də xoşum gəlirdi. Bunu Simada bilirdi, amma nədənsə ona bu haqda ürək aça bilmirdim. Yay ayları kəndə toylar başlayanda Sima kəndin cavanlarını da dəli eləmişdi, hətta onunla evlənmək istəyən cavanlar da var idi. Buna isə heç bir oğlanın valideyni razı olmazdı, axı Sima kişi deyildi ikinci dəfə ailə qurmaq ona belə asan başa gəlsin. Çünki, gedib-qayıtmış üç uşaqlı qadınla hansı gəncin valideyni razı olardı ki, evlənsin. Simayla aramız çox yaxşı idi, o mənə hər şeyi danışırdı.  Qadın üçün kişinin hər zaman vacibliyini vurğulayanda bilirdim ki, Sima belə getsə kiminləsə yatacaq. Bunu mən ondan çox istəyirdim, amma ürək eləmirdim deməyə.
Tale elə gətirdi ki, mən Bakıya gəldim. Qiyabi universitetə daxil olub işləməyə başladım. Artıq o illərdən nə az, nə çox düz üç il ötmüşdü. Kəndə çox gec-gec gedirdim. Amma hər dəfə kəndə gedəndə Simayla bağlı çoxlu xəbərlər eşidirdim. Simanın çox dəyişdiyini, hətta əvvəllər Simanı sevmiş ilk məhəbbəti ilə tapışdığını deyirdilər. Bunu isə ilk məhəbbətinin ailəsi duyar-duymaz onu Simadan uzaqlaşdıra biliblər. Sonra xəbər çıxdı ki, Sima kəndə subay bir oğlandan hamilə qalıb və sakitçə də “abort” elətdirib. Amma neyniyəsən yerin də qulağı var.
Artıq Sima mənüm üçün maraqlı deyildi. Şəhərdə xeyli tanışlarım var idi, keyfimə düşəndə gedib görüşürdüm. Sonra xəbər yayıldı ki, Sima dul bir kişiyə qoşularaq Bakıya qaçıb. Buna isə Simanın ailəsi sevinirdi ki, artıq ailə qurub. Sən demə Sima bu variantla kənddən yaxşı adla çıxsın deyə edib. Bakıya gəldikdən bir həftə sonra kişini evdən qovaraq, zəng vurub kənddən uşaqlarını gətirib. Mən artıq universiteti bitirmişdim. İşlərim pis deyildi, azdan-çoxdan pulda qazanırdım. Yay ayları idi, işdə uşaqlarla oturub söhbət edirdik. Birdən telefonuma zəng gəldi və telefonun “yest” düyməsini basaraq “alo”- dedikdə, səsindən bildim ki, bu Simadı. Sən demə mənim nömrəmi kənddə uşaqlardan alıb. O, vaxtdan illər keçmişdi mənim  25, Simanın isə 30- yaşı olardı.
Simayla yenidən maceralarımız başladı və hər gün telefonla danışırdıq. Bu dəfə isə çox rahat çünki, Sima sırf fahişələr kimi danışırdı. Hətta sərxoş olduğu vaxtlarda belə dilinin söz tutmadığı vaxta: “məni ancaq pullu kişilər maraqlandırır” - deməsi Simanın nə qədər dəyişdiyindən xəbər verirdi. Simayla bir həftəlik telefon danışığından sonra görüşməyə qərar verdik. Şəhərdən kənarda yaşayırdı, həmin günü isə şəhərdə bir işi var idi, gəlib həm onu həll edəcəkdi, həm də görüşəcəkdik. Həmin gün zəng vurub işdən icazə aldım və axşamüstünə yaxın Simayla şəhərin “28 May” metrosunun qarşısında görüşdük. Simanın telefonu ilə bağlı bir balaca problemi var idi, onu həll etdikdən sonra bizə getməyimizi təklif etdim və o da buna etiraz etmədi. Amma birdən üzümə baxaraq dilləndi:
- “Xozaykan” cırmaz ki, məni?
Bundan arxayındım, kirayə qalmağıma baxmayaraq çox sərbəst idim burada. Ev yiyəsi Zərqələm xala “dabromu” vermişdi. Qız, oğlan dost-tanışlarımın hamısı gəlib gecələyirdilər. Mən də çəkinmədən:
- Arxayın ol, Zərqələm xala elə qadın deyil!- dedim.
Birlikdə evə gələrkən yoldakı dükandan “Sevgilim” şərabı bir də şokalat aldım. Aldığım şərab kəmşirin idi və özümdə restoranda işlədiyimdən qadınların bu şərabı xoşladığını bilirdim. Əsasən də qadınların “aybaşı” ərəfəsində bu şərabdan içib tez-tez “ayaqyoluna” qaçmaları, heç vaxt gözümdən yayınmırdı restoranda. Sima nəyin ki, içki,  hətta siqaretdə çəkirdi. Kirayə qadığım evə çatdıq. Qapını açıb əlimdə ki, torbanı stolun üstünə qoydum. Sonra ayaqqabılarımızı soyunub içəri daxil olduq. Yol bizi yormuşdu, avtobus yarım saatlıq yolu “tıxac” ucbatından bir saata qətt etmişdi. Şərabı açıb hərəyə iki “bakal” içdikdən sonra, Sima nazik “Davıdov” siqaretindən birini çıxarıb damağına qoydu və üstündə ki, çılpaq qadın şəkilli “alışqanla” yandırdı. Mən siqaret çəkmədiyimi bildiyindən heç o, təklif də etmədi. Keflənmişdik, kənd yadımıza düşdü başladıq ötənlərdən danışmağa. Sima kənddən çox gileyləndi. Sən demə Simaya bir dul kişi ciddi evlilik təklifi edib, kənddə bir qrup adam isə: “ o, gedib-qayıtmışdı” –deyərək pəlini vurublar. Beləcə kəndən çıxmağın yolunu axtaran Sima şəhərə də məhz belə gəlib. Bunların hamısını danışdıqca şərabdan qurtum-qurtum içirdik. Sima ötənlərə baxan da, indi bir az kökəlmişdi. Üç uşaqla bu şəhərdə yaşamağın nə qədər çətin olduğunu giley dolu baxışları ilə anladırdı. Simayla sonuncu bakalı da başımıza çəkib, şokalatdan daddıq. Otağım çox sıxlıq idi, otaqda cəmisi bir nimdaş çarpayı, bir stol və stul vardı. İkimizdə çarpayıda oturmuşduq. Simanın ciyərlərinə çəkdiyi siqaret tüstüsünə tamaşa edirdim. Birdən gözləri mənə sataşdı, əlini çiynimə qoyub  siqaretin kötüyünü külqabıya basaraq söndürdü. Bir-birimizin gözlərinə baxıb gülümsədik, kənd yadımıza düşdü. Sarılıb öpüşməyə başladıq, Simanın siqret dadan dodaqları və üzümə dəyən nəfəsi məni daha da alovlandırırdı. Birdən yadıma düşdü ki, qapını bağlamamışam. Bir anlıq dayanıb; “qapını bağlayım?”-deyə Simadan soruşdum. O, isə gözlərini süzərək;
-Özün bilərsən-dedi.
Tez qalxıb qapının içəridən cəfdəsini keçirdim. Sima əlini uzadım işığı söndürdü. Əlində ki, alışqanın arxasındakı işığı yandırıb divara söykədi. Otaqda çox qəribə bir işıqlandırma oldu. Bu işıq da elə bil əsl seks üçün idi. Yatağa uzandıq. Tərpəndikcə kirayə çarpayımın cırıltısı bizi daha da alovlandırırdı...
Əlini kürəyimdən kötürüb, telefonuna gələn qəfil zənglərə “No” düyməsini basması isə, əsəblərimə toxunurdu. Kirayə çarpayımın bir qatar vaqonu kimi yellənməsi isə, ikimizə də xüsusi zövq verirdi...

Комментариев нет:

Отправить комментарий