Yaxın dostum Yusif Əsədə
Məni tərk eylədi getdi, yenə canan nəyə lazım!
Düşünürdüm axı onsuz bədəndə can nəyə lazım!
Sevdim o cananı mən, sevgidə məcnuna tən oldum,
Oldum axırda ama sevgimə peşman, nəyə lazım!
Yazılıbdır bu əzəldən, qara bəxtim belədirsə,
Eləyim taleyimə, bəxtimə üsyan nəyə lazım!
Bunu sən dərk elə yoxdursa əgər sevgidə bəxtin,
Tökülə, başdan-başa şöhrətilə şan nəyə lazim!
Bu da bir fəlsəfədir ki, yanan zaman yaşayır şam,
Yanacaqsansa əgər şam tək, ey insan, nəyə lazım!
Çəkəcəkdinsə əzab sən niyə sevdin axı, Yusif
Indi zindandı sənə hər tərəf, hər yan nəyə lazım!

Комментариев нет:
Отправить комментарий