10.02.2014

Duzlu gəlinim

Xosrov Barışan

Ey
Səni özgə özgəyə pay verən
Damo bəzək
Duzlu gəlinim;
Gözlərin
Göm-göy bir dəniz...
O (Bu) yenələnən heçlaqda
Gərdəyə girəcəksən!
Qızlığı getmiş bir kəniz.
Yumruqların izindən
Göm-göy bir bəniz... 
Dərd çox,
Həmdərd yox,
Yanıram...

Ağlaya bilməyirsən,
Yağıram.
Ah nə olardı bir gözlərivə bağıram:
-"Ehey dəniz...
Dəniz...
Susqunluğunda parıldayır
Silahımın sadəcə əksi!!!"
Və sızlaya bilməyirəm də, sezirəm.
Arzıların gözyaşlarımdan da arın...
Gözlərin qurumuş mu?!
Duzluluğun duzlağa dönməkdədir, vax, vax...
Ahıvın burulqanında dağılır..,
Dağılır bir yarın.
Yarım...
Yarım...
Mənim bu yox ha varda doğma varım.
Sevgilisiz
Ögey bir dul kimi
Korlanıb turşayacaqsan;
Şeirimin gəmisi
Kaptansız qalacaq!
Dodu dolanacaq
Düşüncəmin dalqaları.
Vay...
Vay...
Bu yuxuqalaqda
Birdən-birə daşlansaq da
Artıq gecdir əzizim,
Mənim izim.
Oğulur..,
Oğulur umud
Yumruqlarımda...

Şeir dediyimsə
Silahsız bir fədayi çerikdir
Adını URMU qoyduğum
Sevgilimi qurtarmağa.

Sevişmək artıq yasaqdır.
Tikanlı məftillər çəkilmiş gözlərimə!
Aman allahım!!!
Bağrı çatlamış...
Qəbir gözlü gözəlim
Açınca gözlərivi
Baxışıva quylanıram.
Ax...
Ax...
Ey-vay
Gəlinlik var,
Gəlin yox!!!

Комментариев нет:

Отправить комментарий