Gülnarə İsrafilqızı - Sübh mavi gəlinlikdə
Sübh mavi gəlinlikdə
Mənsə ulduzlu axşam
Əks olunur dodağımda
İçimdə əriyən şam.
Açılır hər yeni gün
Xəyalıma pəncərə
Göy qurşağı deyilir
Arzular doğan yerə
Qanadları bəm-bəyaz
Uçur-gedir zamanım
Qışa doğru yürüyən
Payızdır mənim adım.
Комментариев нет:
Отправить комментарий