10.02.2014

İsgəndər Həmidovla bağlı sensassion iddia

Ölkənin birinci «bozqurdçu»sunun adı Kürdistan yaradanlarla birlikdə hallandırılır, onun nazir postundan çıxarılmasının bununla bağlı olduğuna dair məlumatlar var 

Sabiq daxili işlər naziri, «Bozqurd» Partiyasının rəhbəri İsgəndər Həmidovla bağlı olduqca ilginc və sensassiya doğuracaq iddilar ortaya atılıb. Məlumata görə, bu iddiaların əsasında dayanan məlumatların kökü isə 1992-1993-cü illərə gedib çıxdığı bildirilir.
Məlumatda deyilir ki, Elçibəy hakimiyyəti dövründə Daxili İşlər naziri vəzifəsində əyləşən İsgəndər Həmidovun işdən çıxarılmasının konkret əsasları olub. Bu barədə məlumat verən mənbə bildirib ki, konkret əsaslardan biri isə keçmiş nazirin ABŞ prezidentinin inaqurasiyasına qatılması zamanı keçirdiyi görüşlə bağlıdır.
Belə ki, həmin vaxt Bill Klintonun inaqurasiya mərasiminə Azərbaycan hökuməti tərəfindən İsgəndər Həmidov qatılıb. Tədbirdən sonra isə onun Vaşinqtonda bir neçə nəfərlə görüşdüyü deyilir. Görüş barəsində əvvəlcədən məlumatlı olan Türkiyə MİT-i isə təkcə Həmidovu deyil, həmçinin tədbirə qatılanları izləyib və onların danışıqlarını lentə almağa nail olub. 
Mənbənin iddiasına görə, keçmiş DİN başçısının görüşə qatıldığı adamların hamısı Kürdistan dövlətinin yaradılması ideyasının tərəfdarları olublar. Və İsgəndər Həmidovun bu adamlarla nə kimi bağlantısı olduğu elə MİT-in özü üçün də təəccüblü olub. Amma buna baxmayaraq, onlar görüşdən çəkilmiş kadrları kasset halında Bakıya, birbaşa prezident Əbülfəz Elçibəyə çatdırıblar. Redaksiyamıza danışan mənbə onu da iddia edib ki, Elçibəy məsələdən xəbər tutduqdan sonra nazirlə görüş qərarı qoyub və onu kabinetinə dəvət edib. Həmin vaxt Həmidova bir videokasset göstərərək, ona birlikdə baxmalarını istəyib. Həmin kadrları gördükdən sonra DİN başçısının heç bir söz demədən kabineti tərk etdiyi və bir neçə saatdan sonra isə istefa ərizəsi yazdığı vurğulanır.
Qeyd edək ki, bu məlumatın nə dərəcədə doğru olduğu bizə məlum deyil. İsgəndər Həmidovun əslən Kəlbəcərdən olması hər nə qədər həqiqət olsa da, onun kürd əsilli olmasına dair tutarlı bir dəlil olmayıb. Düzdür, keçmiş naziri sabiq baş prokuror Eldar Həsənovla yaxın qohum olduğu və bu səbəbdən də anasının kürd əsilli olduğuna dair iddialar vardı. Ancaq Həmidov özü dəfələrlə bu məlumatları təkzib edərək, kürdlərlə heç bir şəkildə qarışığı olmadığını bəyan etmişdi.
Lakin onu dəqiqləşdirə bilmişik ki, həqiqətən də ABŞ prezidenti Bill Klintonun inaqurasiyasına Azərbaycan hökuməti tərəfindən göndərilən nümayəndə heyətinə İsgəndər Həmidov rəhbərlik edib. Onun Amerikada hər hansı bir görüş keçirib-keçirmədiyi və keçirdiyi halda kimlərlə görüşdüyünə dair isə heç bir bilgi yoxdur. (jam.az)
Məsələ ilə bağlı İsgəndər bəyin də mövqeyini dərc etməyə hazırıq. /politika.az/

Комментариев нет:

Отправить комментарий