10.02.2014

Aybəniz Əliyar - İşıq dənizi


Səni baxışımla öpdükcə öpdüm,
Dodağım qısqandı baxışlarıma...
Hələ də bilmirəm səndə nə tapdım,
Nələri itirdim, bilirəm amma...

Nədir yoxluğundan çəkdiyim mənim?
Ümid işıqları eynəyimdə lal.
Adına möhürlü keçən hər günüm,
Cismimə təsəlli qoyduğun xəyal...


Qəm çökdü, hicranın günəşi çıxdı,
Anladım, yox imiş qəlbində yerim.
Tənha bulaq kimi qaynadı, axdı,
Vaxtın axarına düşən hisslərim.


Qızmadı gecənin solğun bənizi,
Sən qonaq gələydin yuxuma barı.
Qurudu sevginin işıq dənizi,
Bağladı yelkənin göz qapaqları.

Комментариев нет:

Отправить комментарий