Kamran Təhməzov
Yenə ol saqi gəzir mey dolu meyxanələri,
Hələ dərk eyləməyib mey yıxır hər xanələri?
Elə viran elədin könlümü, min il də keçə
Yenə abad edə bilməzsən o viranələri.
Nə qədər aşiqi cəlb eyləmisən hüsnün ilə,
Necə şəm cəlb eləyir dövrünə pərvanələri.
Elə sevdim səni, Məcnun sevə bilməz məni tək,
Mənə tay tutma belə hər dəli-divanələri.
Demə Məcnun belə, Leyla belədir, çünki, gülüm,
Çox eşitdim belə uydurmalı əfsanələri.
Daha, Kamran, bu gözəllərdə vəfa yoxdu deyə,
Qınayırsan niyə bica yerə cananələri?
Комментариев нет:
Отправить комментарий