11.02.2014

Katsxi Zirvəsi


Katsxi Zirvəsi - Gürcüstanın qərbində yerləşən məbəd ev. Orta əsrlərdə inşa edilmiş məbəd ev 40 metr hündürlüyü olan qayanın üzərində yerləşir və 2 otaqdan ibarətdir. Hal-hazırda 59 yaşında olan Maxime Qavtaradze adlı gürcü rahib bu evdə tək yaşayır.

Rahib özü barədə belə deyib: "Gəncliyimdə içir, çəkirdim, bir dəfə həbsə də düşdüm. Sonra dostlarımla buralara çıxıb içirdik. Bizdən əvvəl burada yaşamış insanlara hörmətimiz artmağa başladı".
1993-cü ildə Maxime sadiq xristian kimi and içərək, qayanın başına dırmaşaraq birdəfəlik orada yaşamaq qərarına gəlir. İlk 2 ildə bura gətirdiyi bir köhnə soyuducunun qutusunun içində yatıb. Bundan sonra yerli dindarlarla köməkləşərək orada məbədi yeniləyib, daldalanacaq tikiblər. İndi Maxime günlərini bu qayanın başında ibadətlə keçirir. İndi bura dindarların sevimli ibadət məkanına çevrilib. Çətinə düşənlər günorta saatlarında qayanın ətrafına toplaşıb ibadət edir, Maximedan məsləhətlər alırlar.

Okkultizm

Комментариев нет:

Отправить комментарий