10.02.2014

Müəllimlərin günü

Elşad can Şamil

Şərəfli MÜƏLLİM adını 
aldığı əmək haqqısı 
şərəfsizliyə sürükləyir...
neynəsin müəllimlik sənətin seçmiş
bu millətin kişisi qadını
bunca əməyinin qabağında,
verilən qiymət onun ciyərin çürükləyir...
Hələ üstəlik 
hər yoldan keçənə, 
şəxsiyyəti adəm övladına
insan adına 
insan nəslinə
təhqir olan, 

həyata səhvən gəlmiş 
cılız bir varlığa 
“müəllim” demək 
Arsızlığa müəllim demək...
Nadanlığa müəllim deməkdir...
sözün həqiqi mənasında 
müəllim adına verilən qiymətin 
bu bariz nümunəsidir...
insan yetişdirən müəllimin
müqabilində ona qalan, əsəblərinin pozulması,batan səsidir...  
Müəllimi bu gündə olan şagirdlərin 
gələcəyi hansı günə nəsibdir...?
bunun bilmək tv proqramlarda 
cinəyət xəbərlərinin sayı ilə 
düz mütanasibdir...
çarəsizlikdən sadəcə acı-acı gülümsəyirəm xəbərə
“5 oktyabr, şərəfli peşa sahibləri olan
müəllim günü adlanır”...
təqvim də bu günü şifahi yadda saxlamaqla
Müəllim günə yadlanır...
Axı 
5 oktyabr- 8 mart deyil...
5 oktyabr-9 may deyil...
5 oktyabr-10 may deyil...
və sair. və sair. və sair...
Müəllim müqəddəsdir demiş çox alim, çox şair
Ancaq peşə indi ele bir günə düşüb ki,ay şair 
Bomuja oxşayır...
peşə sahibini oxşatmağa bir nəsnə tapmiram hələ ki...
nə olar müəllim elə MÜƏLLİM olaraq qalsın məmləkətdə...
həm təqvimdə...həm dəyərdə...həm sənətdə...

Комментариев нет:

Отправить комментарий