11.02.2014

Şərəfli ölüm məsələsi

Ülviyyə TahirÜlviyyə Tahir

Dahilərin hansısa necə yaşamaq deyil, əsas necə ölməkdir demişdir. Şərəfli ölüm həmişə bəşəriyyəti narahat edən məsələlərdən biri olub. Bəzən insanlar digər bir insanın ölümünə baxaraq onun bütün həyat proqramını çıxara bilirlər. “Necə yaşamısansa, elə öləcəksən” həqiqəti bəzən elə keçərli olur ki, bu reallıq qarşısında qərblilər demiş şlyapa çıxarmalı olursan. Biz bütün insanların ölüm səbəblərini çıxara bilmərik, amma elə məşhur insanlar var ki, onların ölümləri hamıya aşkar dəlildir. Gəlin birlikdə bu aşkar dəlillərə bir nəzərdən keçirək.

F. Nitsşe: bu filosof dəli oldu və psixatriyada dəmir barmalıqlar arxasında həyatla vidalaşdı.
Volter-böyük mütəfəkkir və filosof. Onun çox dəhşətli bir sonu olmuşdur. Bütün gecə bağışlanmaq üçün qışqıraraq yalvarmışdır. Onun qayğısına qalan tibb bacısı sonralar deyirdi:" Bütün Avropanın pulunu qarşıma tökələr birde belə ölüm görmək istəmərəm. Bir inancsız insanın ölümünü."
Devid Hyum - Şotland filosof, ateist. Ölüm öncəsi hey alovlar içində yandığını söylərək iztirab içində ölmüşdür.
Napaleon -İmperator. Onun həkimi onun tənha öldüyünü və ağrılar içində qıvrılaraq can verdiyini yazmışdır.
IX Karlın sön sözləri: "Mən həlak oldum. Bunu tamamilə dərk edirəm"-olmuşdur.
Qobbs- İngilis filosofu:"Mən qaranlıq uçurumun kənarındayam"
Volfanq Höte: " Böyük işıq görürəm"
Lelin: ağlını itirmiş şəkildə öldü.Stollardan stullardan günahlarının bağışlanması üçün yapışıb yalvarırdı.Milyonlarla insanın idealı və rəhbəri olmuş bir insan üçün bu qəribə tale deyilmi?!
Yaqoda:-Rus məxfi polisinin rəhbəri:"Allah mütləq vardır ki, məni günahlarıma görə cəzalandırır"
Zinovyev Lelinin qatı tərəfdarlarının biri.
Stalinin əmrinə əsasən gülələnmişdir və ateist dövlətin əsas qurucularından birinin dilindən çıxan son sözlər:" Qulaq as, İsrail, bizim Allahımız tək və vahiddir" olmuşdur.
U.Çörçillin (İngiltərənin baş naziri) son sözləri" Mən nə qədər ağılsız olmuşam"
Yaroslavski-Beynəlxalq ateizm hərəkatının lideri: "Xahiş edirəm mənim bütün kitablarımı yandırın. Müqəddəs kitaba baxın. Baxın o buradadadır, yaxındadır"
Con Lennon: Şöhrətinin tam pikində(1966-ci il)aparıcı amerikan jurnallarının birinə verdiyi müsahibələrinin birində " Xristianlıq yaxinlarda tamamilə bitəcək, o tamamilə yoxa çıxacaqdır. Mən hətta bu barədə mübahisə belə etmək istəməzdim.Mən sadəcə olaraq buna əminəm. İsus ok olub, amma onun ideyaları çox sadədir. Biz bu gün onun malik oldugundan çox daha məşhuruq." xüsusi bir şövqlə bildirmişdir.Bu müsahibədən az sonra O həlak oldu. Bir psixopat onun uzərinə altı güllə saçdı. Ən qəribəsi budur ki, bu cinayəti edən qatil onu öldürməklə şöhrətə çatmaq istəmişdir.
Braziliyalı siyasətçi Tankredo di Ameydo Neves prezident seçkiləri zamanı kütləvi mətbuata " Əgər mən yarım milyon səs toplasam məni heç Allah da prezident postumdan tərpədə bilməyəcəkdir" söyləmişdir. Əlbətdəki O, bu səsi topladı, lakin prezident postunda vur-tut bir gün qala bildi xəstələndi və müəmalı şəkildə öldü.
Yenə Braziliyadan bir bəstəkar, mügənni televiziyaların birində şou proqramda ağzındakı siqaretdən havaya tüstünü buraxaraq "Allah bu sənin üçündür"deyə əyləncə etmişdir. Tezliklə 32 yaşında SPİD-dən ölmüşdür.
"Titanik"-in mühəndislərindən biri, iş bitdikdən sonra repartyorların birinin "Bu gəmi nə qədər təhlükəsizdir?"- sualına " Bu gəmi o qədər möhkəmdir ki, heç Allah belə onu batıra bilməz" deyə cavablandırmışdır. “Titanik”-in sonrakı taleyini her kəs bilir.
Məşhur aktrisa Merlin Monronun şou proqramlarının birinə gələn keşiş ona öyüd verməyə gəldiyini söləyəndə aktrisa hiddətlə “Sənin İsusun mənə lazım deyil” –deyə cavab vermişdir. Cəmi bir həftə sonra onu mənzilində ölü tapdılar.
2005-ci ildə Brazilayanın Kampinas şəhərində bir qrup sərxoş gənc öz rəfiqələrini götürmək üçün onun evinə gəlirlər. Qizların birinin anası gənclərin bu vəziyyətdə olmasından təlaşa düşərək qızını maşına qədər ötürür və təşvişlə “ Allah səninlə olsun qızım qoy o səni qorusun” dedikdə qızı kobudca “ Ona bu maşında yer yoxdur istəyirsə baqajda gedə bilər” deyərək gülüşürlər. Bir saat sonra anaya maşının qəzaya düşməsini xəbər verirlər. Lakin ən qəribəsi budur ki,polislər qəzaya düşmüş maşının içindən gənclərin tikə parçalarını çıxararkən baqajın tamamilə salamat qaldığını, hətta orada bir yeşik yumurtanın zədələnmədiyini görərək heyrətə düşürlər.
Yamaykalı jurnalist və rəqqas Kristina Xevitt “Bibliya indiyə qədər yazılmış ən pis kitabdır” dedikdən az sonra 2006-ci ildə öz maşınında naməlum şəkildə yanaraq öldü.
Bu siyahını uzatmaq olar amma ətrafımız ibrət və dəlilərlə qaynayan zaman görə bilmədiklərimizi Allah hər an bizə göstərir. Sadəcə olaraq bir az düşünsək... 

Комментариев нет:

Отправить комментарий