Əziz Əzizbəyli
Kim-kimədir? Hələbdən 12 kilometr aralıda yerləşən Əz-Zubdiyyə başdan-ayağa qan içindədir.
Əsəd qoşunu ilə müxalifət adı verilən terrorçu vəhabilərin "Əl- Nüsra" təşkilatının döyüşçüləri arasında qanlı çarpışma gedir.
Özu bu günlərdə o dünyaya yollanan Kalaşnikovun silahı hər iki tərəfin əcəl mələyidir.
Döyüş başa çatdıqdan sonra meyidləri reviziya edirlər.
Maraqlıdır deyilmi?
Uzaq Suriyada əbası dizinə düşmüş, əmmaməsi qan içində, uzun saqqalı toz-torpağa qarışmış "Azəri Seyfullah" beyni parçalanmış formada ,dəhşətli səhnədir.
Sumqayıtdan Hələbə gedib, dönməyən yol. Qeyri-rəsmi məlumata görə, Suriyada daxili müharibə başlayandan bəri 30 -dan artıq azərbaycanlı həlak olub. Əgər, günlərin bir günündə, başqa şəraitdə uzun saqqalı Umeyranı, İbn Salehi anası belə görsə,onların Elçin, Şahin olduğunu anlaya bilməz.
Nə işdirsə, Suriyada ölən azərbaycanlıların iki ümimi cəhəti daha çox diqqət çəkir:
Birincisi, öldürülənlərin hamısı muzdlu vəhhabilərdir;
İkincisi, daha çox Sumqayıt və Bakıətrafı kəndlərin gənc sakinləridir;
Nədən ölməyə vətən pisdir? Kim yaxşıdır? Əsədmi? Yoxsa, ona qarşı birləşib Suriyanı xaraba günə qoyanlarmı?
Bu Suriyanın daxili işidir. Əgər söhbət beynəlxalq səciyyə daşıyan insan haqlarının müdafiəsindən gedirsə, zəhmət çəkib, Qarabağa dair 4 oyuncaq qətnamə qəbul etmiş BMT və öz maraqlarını qorumaq naminə Əfqanıstanı xarabaya çevrimiş NATO sinəsini qabağa versin.
Amma, bizə nə düşüb, ay Soltan Məmmədov gedib, qoşulmusan vəhhabilərə adını da qoymusan "Azəri Seyfullah"!
Başı bədənindən qoparılımış fotoların qohumlarının, ananın sinəsinə dağ çəkib, gözüyaşlı qoyur.
Allah eşqinə, söyləyin, orda kimi qoruyur,kim üçün can verirsiniz?
O Suriya üçünmü ki,təkcə,Dəməşq şəhərində ASALANIN 4 qolu fəaliyyət göstərir?
O,Suriya üçünmu ki, 19 türk diplomatını və Qarabağda çoxsaylı azərbaycanlını qətlə yetirən ASOA-ya yer verib, poliqon hazırlayıb?
O, Suriya üçünmü ki, ərəb təşkilatı olan "Əbu Nidal" ASALA-nın Qarabağda terror törətmək üçün kamikadze hazırlamasına dərs keçir?
Ya, APOSTOL?
Azərbaycanın iri layihələrinə, neft-qaz infrastrukturuna, Bakı-Ceyhana zərbə vurmağa hazırlaşır.
Bəlkə, Oralara Qarabağ müharibəsində ermənilər tərəfdən döyüşən suriyalıların əsir düşən azərbaycanlı qadınları zorladıqlarının heyfini çıxmağa getmisiniz?
Son söz demirəm... Hər dəfə, Suriyada daha ... azərbaycanlı öldürüldü deyəndə,
hər dəfə, başı parçalanmış, avtomat silaha sarılıb diz çökmüş, gözləri çıxarılmış vətəndaşlarımızı görəndə,
bilirəm ki, bu, Qarabağa, onun verdiyi 20 mindən çox şəhidin ruhuna təhqirdir. Özü də kobud və əvəziverilməz təhqirdir.
Lütfən anlayın, biz siyasətdə nə Şərq deyilik, nə də Yaxın Şərq deyilik.
Biz, Qafqzadayıq. Bizim Suriyamız Qarabağdadır.Düşmənimiz də İrəvanda .
Dedim axı,sonda söz demirəm, son sözü bu foto deyəcək.
Bu da, ərəbsevgili dostlara "Müsəlman qardaşları" nın qondarma"Erməni soyqırımı" abidəsindən ziyarət fotosu:

Комментариев нет:
Отправить комментарий