05.05.2017

Türkiyədən Azərbaycana pomidor ittihamı: Bizdən alıb, baha satırlar

2015-ci ilin noyabr ayında baş verən təyyarə böhranından sonra Rusiya Türkiyənin bir çox məhsuluna, o cümlədən pomidora qadağa qoydu. Lakin buna baxmayaraq, türk pomidoru birbaşa olmasa da, dolayı yollarla Rusiya ərazisinə gedir. Xüsusilə qonşu ölkələrə keçirilməklə. Bu ölkələr arasında dəfələrlə Azərbaycanın da adı hallanıb.
Rus hökumətinin qadağasından sonra digər ölkələrə pomidor ixracının artması da buna sübut kimi göstərilir. Məsələn, Belarusa 500, Polşaya 200, Azərbaycana 200 (ancaq Naxçıvana 130) faiz artıb.
İstehsalçı və ixracatçılar Rusiyanın bütün qonşu ölkələrinə edilən pomidor ixracının bu səviyyədə artmasını bir cür izah edirlər- "bizdən alıb, Rusiyaya satırlar". Bu isə türk iş adamlarını narazı salır.
Türkiyənin İstixana Sərmayəçiləri Birliyinin rəhbəri Müslüm Yanmazın sözlərinə görə, Rusiya bazarı bağlandıqdan sonra ətraf ölkələrin aldıqları pomidorun miqdarı dəfələlər çoxalıb: "Nə hikmətdirsə, bu ölkələrdə əhali sabit qalıb, idxalları isə artıb. Bu isə bunu göstərir - Rusiyanın bütün qonşu ölkələri pomidoru bizdən alır, Rusiyaya daha baha satırlar".
Xatırladaq ki, pomidor qadağası bir neçə gün öncə Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı Vladimir Putinlə müzakirə edilib. Lakin qadağanın tam aradan qalxması ilə bağlı razılıq əldə edilməyib. İndi türk iş adamlarının bütün ümidləri Rusiya prezidentinin Türkiyə səfərinədir. V.Putinin səfəri isə may ayının 22-də İstanbulda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 25-ci il toplantısı çərcivəsində olacaq. /istipress.com/

Комментариев нет:

Отправить комментарий