11.12.2010

Birtərəfli sanksiyalar

İbrahim Sel
Professional Oxucu Liqası

Bu sanksiyada əsas məqsəd- əhalini hökumətə qarşı qaldırmaq və nəticədə ölkədə böhran yaratmaqdır

ABŞ-ın 12 trilyon 250 milyard dollar məbləğində xarici borcu olduğu üzə çıxmışdır

 Son zamanlar dünyanın gündəmindən “sanksiya” sözü düşmək bilmir. Sanksiya tətbiqindən, dünyada özlərini hegemon kimi aparan dövlətlərin əlavə təzyiq metodu kimi istifadə etdiyi müşahidə olunur. Bu, hansısa müstəqil, yaxud hegemonların maraqlarına zidd olaraq inkişaf xətti götürən dövlətlərə tətbiq olunan təzyiq vasitəsidir. Və bu günlərdə həmin vasitədən özünü dünyada qüdrətli bilən bəzi dövlətlər tərəfindən BMT vasitəsilə İrana qarşı istifadə edildi.
 BMT ilə bağlı qısa arayış. Bu təşkilat dünya qüdrətlilərinin, xüsusilə də ABŞ-ın maraqlarını təmin edən bir beynəlxalq qurum kimi məşhurdur. Bu maraqlara uyğun gəlməyən dövlətlərin tutduğu siyasi xətlərin üzərinə bu təşkilat vasitəsilə təzyiq edilir. Yəhudilərin marağı güdülür. Amma başqa hallarda qətnamələr kağız parçası kimi bir tərəfə atılır. Buna misal olaraq, artıq 20 ili adlayan, erməni işğalçıları tərəfindən qəsb edilmiş torpaqlarımızın dərhal geri qaytarılması barədə qəbul edilmiş qətnamələri göstərmək olar. Nədənsə bu qətnamələrin yerinə yetirilməsi üçün heç də indiki kimi canfəşanlıq nümayiş etdirilmir! Hələ bizə şükür, 60 ildən artıqdır ki, İsrail rejimi Fələstin torpaqlarını işğal edib. Və bu işğala qarşı qəbul olunmş neçə-neçə növbətçi bəyanat kağız üstündə qalıb. Nə işğalçı, nə də qeyri birisi bu qətnamələri yada belə salmır. Fəryad edən səslərə qarşı da BMT kar və lallıq nümayiş etdirir.
 Son günlərin ən aktual məlumatlarından olan İrana qarşı sanksiya tətbiqində xüsusi canfəşanlıq etmiş ölkələr bunlardır: ABŞ, İngiltərə, Fransa, Almaniya və bunları quyruğu olmağı üzərinə götürən Rusiya və Çin.
 İlk əvvəl ABŞ-ın özünün bulaşdığı sanksiyalara diqqət etsək, görərik ki, təkcə nüvə silahını istehsal etmək istəyini bəhanə gətirib hansısa bir ölkəyə sanksiya tətbiq etməyin adı yoxdur. Bunun üçün ABŞ-ın öz təcrübəsinə diqqət etmək kifayət edər. Dünyanı fərqli sifətlərlə bezar edən Ağ Ev rəhbərləri, bu gün sanki sanksiyaların mərkəz nöqtəsinə çevrilməkdədir. Əvvəlcə məsələnin maddi cəhətlərini üzə çıxaraq, daha sonra isə mənəvi tərəfindən danışarıq.
 Meksika körfəzindəki platformanın partlaması nəticəsində BP-nin açıqladığı son məlumatlara görə, vurulan zərər 1,6 milyard dollar məbləğindədir. Ümumilikdə platformanın əldən çıxması və onun fəsadları nəticəsində isə daha da çox malliyyə itirilə biləcəyi qeyd olunmuşdur.
 Böyük bir ərazini əhatə etmiş qara neft ləkələri həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan Obamanın "bel sütunu"nu zədələyə biləcəyi ehtimalı verir. Çünki bu nəhəng ölkənin özünə görə nəhəng problemləri də vardır. Obama ölkə ətrafında mövcud olan neft hasilatlarını və axtarışlarını 6 ay müddətinə dayandırmağı qərara aldı. Bu o deməkdir ki, ölkə iqtisadiyyatı bir neçə addım da geriyə doğru hərəkət etdi. Körfəz ətrafında olan ekoloji vəziyyət o qədər acınacaqlıdır ki, Obamanı sahildəki neftə bulaşmış torpağı əli ilə analiz etməyə məcbur etmişdir. Bu dünya mətbuatının gündəmə gətirdiyi görüntülərdə özünə yer almışdır. Bundan başqa, körfəzdə olan müxtəlif canlıların, xüsusilə də qutan cinsli quşların kütləvi surətdə məhv olması qeydiyyata alınmışdır.
 ''Xarici borc sıralamasında'' dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-ın ilk sıranı tutaraq, 12 trilyon 250 milyard dollar məbləğində xarici borcu olduğu üzə çıxmışdır. Neft ləkəsinin təmizlənməsinə sərf edilən xərclərin ABŞ cəmiyyətinə nə dərəcə də təsir etməsi yəqin ki, qarşıdan gələn aylarda məlum olacaq. Lakin, ABŞ cəmiyyəti hazırda ölkədaxili böhranların təsirini daha çox hiss etməkdədir. Bank sistemindəki müflisləşmə, iqtisadi böhranın bir çox sahələrə vurduğu zərbələr- sanksiyaya məruz qalmamış ABŞ hökumətini əməlli-başlı çaş-baş qoymuşdur. Bəzi ölkələri sanksiyalarla hədələyərək onları iqtisadi baxımdan tənəzzülə sürükləmək istəyən ABŞ və İsrail, bu gün özləri iqtisadi tənəzzülə uğramaqdadırlar.
 İngiltərənin də həmişə pis işlərdə, xüsusilə də ABŞ-ın müsəlmanlara qarşı repressiya xarakterli addımlarında iştirak etməsi əks nəticələrə gətirib çıxarmışdır. Elə hamıya məlum hadisə olan, partlayaraq Meksika körfəzinə dağılmaqda olan neft platformasının İngiltərə şirkəti olan BP-yə məxsus olması bir çox məsələləri aydın edir. BP şirkəti bəlkə də tarixində belə bir "İlahi sanksiya" ilə rastlaşmamışdır. ABŞ hökuməti İngiltərəyə məxsus şirkəti (BP) ittiham edərək, bütün xərclərin BP-nin boynunda olacağını bəyan etmişdir. Yəni bu hadisədən maddi baxımdan həm ABŞ, həm də İngiltərə cəmiyyətləri təsirlənəcəklər. Xatırladaq ki, BP həmin şirkətdir ki kürd höküməti neftimizi bu şikətin əlinə vermişdir və nəticədə xalqımız qul kökünə salınmışdır.
 Digər ölkələrə ağıl öyrətməyə çalışan Fransa hökuməti isə, bu yaxınlarda dövlət obyektlərinin satışa çıxarılması ilə gündəmdə olmuşdur. Belə ki, Fransa hökuməti qəsr və villalar da daxil olmaqla, dövlətə məxsus 1700-ə yaxın obyekti uçuz qiymətə satışa çıxarıb. Bu məsələdə əsas hədəf- böyük məbləğdə dövlət borclarını azaltmaqdır. Onu da qeyd edək ki, Fransanın 1 trilyon 700 milyard dollardan çox daxili borcu var. Fransanın olan-qalan əmlakı da yəhudilərin əlinə keçəcək.
 Yunanıstanda az qala dövlət çevrilişinə səbəb ola biləcək dərəcədə olan iqtisadi böhrandan çıxmaq üçün maddi yardım ayırmağa hazır olduğunu bildirən Almaniya, daxili böhranla qarşı-qarşıya durmağa sürükləndi. (Yeri gəlmişkən qeyd edək ki, Yunanıstan da elə Avropa ölkələrindəndir. Ora heç kim sanksiya tətbiq etməyib. Amma əhali hökuməti devirməyə hazır vəziyyətdədir). Almaniyanın, ABŞ tərəfindən İrana qarşı irəli sürülmüş sanksiya tətbiqinə dəstək verməsi çox gülünc görünür. Sözsüz ki, bu sanksiyada əsas məqsəd- İran əhalisini hökumətə qarşı qaldırmaq və nəticədə ölkədə böhran yaratmaqdır. Lakin Almaniya başda olmaqla, yuxarıda adları qeyd olunan dövlətlərə belə sanksiyalar tətbiq edilmədən də böhran yaranmasına böyük zəmin vardır. Ekspertlər, Yunanıstana ayırdığı milyardlarla maliyyə vəsaitinin sonradan Almaniya üçün baha başa gələcəyini indidən xəbər verməkdədirlər.
 Rusiya və Çinə isə el arasında yayılmış sözlərdən birini şamil etmək olar: sadəcə, "sürüşkən dövlətlər". Yəni, eyni zamanda müxtəlif mövqelər sərgiləməklə, dünyada hansı mövqedə olduqlarını aydın formada ifadə etməyən bu dövlətlər, bir gün bir ölkənin dalında olduğunu bar-bar bağırır, ikinci gün isə həmin ölkəyə qarşı hücuma keçə biləcək qədər "sürüşkənlik" edirlər.
 Mövzunun əsas məqsədi ondan ibarətdir ki, bu ölkələr dünyanın müstəqil istiqamət xətti götürmüş dövlətlərinə əllərindən gələn problemləri yaratmaqla, öz hegemonluqlarını saxlamağa can atmaqdadırlar. Amma onlar bu cəhddə hər zaman yanılırlar. Onların öz daxillərində mövcud olan iqtisadi, mənəvi, mədəni və s. kimi sahələrdə həqiqi tənəzzülləri göz önündədir.

Комментариев нет:

Отправить комментарий