Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
19.12.2010
ABŞ-ı nəyə görə sevməli?
İbrahim Sel
Professional Oxucu Liqası
Uzun müddətdir Azərbaycanda ABŞ-a pulsuz səyahət, ABŞ-da yüksək məvacibli işlərə, özü də hec bir məbləğ ödəmədən dəvət, “Green card” kimi hallarla rastlaşıram. Lakin məni təəccübləndirən budur ki, hər fürsətdə İraq, Əfqanıstan və Pakistanda müsəlmanları qətlə yetirən ABŞ, indi nə olub ki, müsəlmanlara acıyır, onlara “gözəl iş yerləri” təklif edir, özü də “bedava”? Daha təəccüblüsü budur ki, Amerikada bir müddət yaşayan, təhsil alan, səyahətdə olan şəxslər qarşısında Azərbaycanın hər yerində sözün əsl mənasında yaşıl işıq yandırılır.
Məsələnin bir tərəfi bundan ibarətdir ki, İraqda müsəlmanların iftarını qanla açdıran ABŞ, Azərbaycanda iftar süfrəsi verir, müxtəlif məsələlərdə azəri müsəlmanının “qayğısına qalır”. Digər tərəfindən isə irəlıdə söz açacam. İndi isə bu yaxınlarda ABŞ-da təhsil almış bir tələbə ilə görüşüm haqqında sizləri məlumatlandırmaq istərdim. Söhbətləşdik. Söhbət əsnasında Amerika və İsrail cinayətlərindən misal gətirmişdim ki, tələbə ağzımdan vurdu. ABŞ və sionist rejim İsrailin cinayətlərinə elə don geyindirdi ki, bir an onların halına “oturub ağlamağım” gəldi. Harda işlədiyini soruşduqda isə, böyük nüfuza malik dövlət qurumunun adını çəkdi. Nə isə... Adama elə gəlir ki, bu tələbələr Amerika Mərkəzi Kəşfiyyat idarəsinin (CİA) suyunu içib, çörəyini kəsiblər. Yoxsa niyə müsəlmanlara qənim kəsilən əli qanlı rejimləri dəstəkləsinlər ki?! Azərbaycanda bəzi ölkələrdə təhsil alan tələbələrə həmin ölkənin cəsusu adı verilir, onlar sıxışdırılır, cəmiyyətdə onlara lazım olan yerlər verilmir. Elmlərinin, savadlarının ABŞ tələbələrindən qat-qat artıq olmağına baxmayaraq, lazım olan dəyərlər verilmir. Səbəb isə yenə də MOSSAD və CİA-nın aşıladığı anti-islam və anti-musəlman təbliğatıdır.
İndi isə məsələnin vəd edilmiş digər tərəfi haqqında. Bu digər tərəf isə müsəlman qanı tökən, Azərbaycanda isə müsəlmanların hüquqlarını “qorumağa” çalışan, onların qayğısına qalan ABŞ-ın ikiüzlü siyasət ilə reytinqini qaldırmağa can atmasıdır. Lakin biz ayıq olmalı, dostu və düşməni tanımalıyıq. Artıq sirr deyil ki, vaxt olacaq bizi də Qəzzanın gününə salacaqlar.
Minlərlə uşağı atasız, qadınları dul qoyan, neftimizi pulsuz daşıyıb aparan ABŞ-ın Azərbaycandakı siyasəti narahatedicidir. Bundan daha narahatedici hadisə isə həmvətənlərimizin bu cinayətkar rejimə olan üzügülər münasibətləridir. Acınacaqlı haldır...
Birləşmiş Ştatlardan daha cinayətkar, daha qəddar və daha zülmkar, qəsbkar və sionist İsrailə ən böyük dəstək verən ABŞ-a, İsrailin cəzasını ancaq dildə və sözdə ifadə edən Avropa və BMT-yə biz hansı üzlə üz tuturuq? Bir halda ki, pozğunçuluğu, əyyaşlığı, qeyrətsizliyi yayan özləridir.
Görəsən həmin tələbədən “Müsəlman bacı və qardaşlarımızın gözləri sionist cəlladları tərəfindən çıxarılarkən, İraqda müsəlman ana və bacıların orqanları Təl-Əviv və Vaşinqtona aparılarkən siz nə edirdiz?” soruşulanda, hansı cavabı verəcək? Məscidlər dağıdılanda etirazımızı etiraz edənlərin səsinə qoşmaq əvəzinə hələ bir “amma” da çıxarırıqsa, onda hansı birlikdən söz gedə bilər?
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий