Bu yazıya görə Arzu Abdullanı "Azadlıq"dan çıxardılar
"Azərbaycan mətbuatı camaatımıza çox oxşayır"
Doğrusunu deyim ki, "Azərbaycan” Nəşriyyatına gəldiyim ilk günlər dəhşətə gəlmişdim. Bir gün darıxanda düşüb bir-bir bütün mərtəbələrdəki qəzet adlarını oxumağa başladım. Qapılara vurulan qəzet adlarını oxuyanda gülməkdən uğunurdum. Ümumiyyətlə çox darıxan adam olduğumdan özümə ən ağlasığmaz məşğuliyyətlər tapıram. Nəşriyyatın mərtəbələrini gəzib buradakı qəzet adlarını oxumaq da belə məşğuliyyətlərdən biri idi. Amma sonradan biləndə ki, qapısına "Qanun və təhqiqat” yazılmış otağın içində bundan da dəhşətli adları olan daha beş-altı qəzet çıxır, o zaman mətbuatımızın acınacaqlı durumunu bütün xırdalığı ilə duydum. Çünki "Azərbaycan” Nəşriyyatına gəlməyimə səbəb "Azadlıq” qəzeti idi. Bundan öncə "Bizim Yol”da çalışırdım və bu qəzetin redaksiyası Fəvvarələr meydanında yerləşirdi. "Bizim Yol”dan öncə çalışdığım "Gündəlik Azərbaycan” və "525-ci qəzet”lərin redaksiyası da xüsusi ofislərdə olduğundan Nəşriyyatla çox gec tanış oldum. Artıq üçüncü ildir ki, hər gün (bazar günündən başqa) bu məkana üz tuturam.
Nəşriyyatdan ki, söz düşdü bir məqama da toxunacam. Seymur Baycanın bir yaxşı söz var. Deyir hər bir ölkənin mədəniyyəti onun tualetindən başlayır. "Azərbaycan” Nəşriyyatının tualet probleminə bir dəfə publisist İradə Tuncay toxunmuşdu və çox gözəl bir yazı ortaya çıxarmışdı. Eyni fikirləri təkrarlamaq istəmədiyimdən ancaq bir detala toxunacam. "Azadlıq” qəzeti 9-cu mərtəbədə yerləşir. 9-cu mərtəbənin qadın tualetindən çox qorxuruq. Ona görə ki, qapını açan kimi iri, natəmizlikdən kökəlmiş siçovullar qaçanda çaşıb adamın üstünə çıxırlar. Odur ki, gərək olanda bəzən "Azərbaycan” Nəşriyyatının ən təmirli, səliqəli yeri-altıncı mərtəbəyə düşməli oluruq. Bəzən qapının qıfıllanması və ya tualetin qapısının ağzında dayanmış rus dilli "tualet böcəyi”nin (bu adı ona mən qoymuşam, bilmirəm bu ifritəyə bənzəyən qadın hansı redaksiyada çalışır, amma tualetin qapısında qarovul çəkməyi çox sevir) donquldanması bizi geri dönməyə də məcbur edir. Bu vur-çatlasının, hay-həşirin sonunda ortaya çıxan qəzet və jurnalların keyfiyyətindən danışmağa dəyərmi?
Bütün bunlar isə ağlımda bir fikirin yaranmasına səbəb olur: "Azərbaycan mətbuatı camaatımıza çox oxşayır”. Bu qədər nefti fontan vuran ölkədə nə qədər ki, qullar bazarının sayı günbəgün artır, eləcə də mətbuatı zibilxanaya çevrilir.
Gözəllik, yazı və əclaflıq müsabiqələri
Axı Azərbaycanmızda zaman-zaman müxtəlif müsabiqələr keçrilir. Gözəllik, yazı... Mətbuatda çalışdığım 7 il ərzində bir-neçə müsabiqədə iştirak etmişəm və mükafat almışam. Amma bu müsabiqələrin arasında daha çox yadda qalan "Media açarı” oldu. Çünki bu müsabiqə uzun zaman əsəblərimi və vaxtımı məşğul etdi. 2009-cu ildə keçrilən müsabiqədə "Azadlıq” qəzetində etdiyim xüsusi buraxılışa görə, mənə həvəsləndirici (??) mükafat verdilər. Qeyd edim ki, 30 aprel ADNA-da baş verən terrorda şəhid olanların evlərindən reportaj etdim və onların 40 mərasiminə təkbaşına xüsusi buraxılış hazırladım. Deyim ki, buraxılış çox gözəl alınmışdı. Amma nədənsə bir nəfərin etdiyi xüsusi buraxılış "Media açarı”nın əsas mükafatına deyil, həvəsləndirici nominasiyasında yer tutdu. Bəzi qaliblərə, onların müsabiqəyə təqdim etdikləri və münsiflərin seçimdən kənarda qalan yazılara baxanda bir daha yüz faiz əmin oldum ki, Azərbaycan adlı məmləkətimizdə heç vaxt, heç bir sahədə şəffaf seçim olmayacaq.
Müsabiqədən öncə təmsilçilərdən biri, Yadigar Məmmədli "Yeni Musavat” qəzetində açıqlama verdi ki, "Bu ilki müsabiqədə mükafatın məbləği 400 manatdan çox olacaq”. Mükafatın təqdimetməsində isə münsiflərdən biri olan Qulu Məhərrəmli elan etdi ki, həvəsləndirici 200 manat, açar alanlar isə 400 manat pul mükafatı alacaqlar. Lakin bizi sabahı günü ofisə dəvət edib 200 manat əvəzinə 85 manat pul verdilər.
1 milyondan imtina edən dahi və Azərbaycan jurnalistikası
Rusiya mətbuatı ABŞ-ın verdiyi 1 milyon dollar mükafatdan imtina edən rus riyaziyatçısından yazdı. Riyaziyyatçının yüz illik bir tənliyin həllini tapdığına görə bu mükafata layiq görüldüyünü və kasıb bir daxmada, tarakanlarla birgə yaşadığını da rus mətbuatı ilə yanaşı bütün dünya mətbuatı qeyd etdi. İnanın ki, bu xəbəri eşidən azərbaycanlıların 90 faizi o dahi rusu "başdan xarab” adlandırdı.
Eləcə, də mən "Media açarı”nın pulundan imtina edəndə həmkarlarımın çoxu psixikamda qüsur olduğundan şübhələndilər. Bəli, mən 85 manatdan imtina etdim və təmsilçiləri məhkəməyə verdim. Bundan sonrakı proseslərdən çoxlarının xəbəri olmadı. Bunun səbəbini izah etməzdən öncə deyim ki, mənə hər şeydən çox həmkarlarımın bu qədər qorxaqlığı, yazıqlığı yandırdı. Arif Əliyevin oğurlayıb, nənəm demiş, yarı ənnik, yarı dənnik etdiyi puldan imtina edəndə bəzi həmkarlarım mənə yanaşıb, qorxa-qorxa "yaxşı elədin” desələr də bəziləri "səni kim külədi” deyib yazıq-yazıq "onsuzda məhkəmədə uduzacaqsan” söylədilər. Eyni zamanda, mənimlə yanaşı "Yeni Musavat” qəzetinin mükafatın təsisçilərindən narazı qalması və bu yöndə ardıcıl məqalələr verməsi bəzi redaktor və redaktor əvəzlərində belə bir fikir yaratdı ki, məni Rauf Arifoğlu və Arif Əliyevlə o qədər də yaxşı münasibəti olmayan Mətbuat Şurası qıcıqlandırıb, məhkəməyə getməyə təhrik edib.
Hətta çalışdığım "Azadlıq” qəzetinin direktoru Azər Əhmədov da dəfələrlə "səni kim küləyib” kimi ironiyalı suallarla məni qıcıqlandırmağa çalışdı.
Bilirəm, oxucuların çoxuna bu kimi münasibətlər azər əhmədovların ironiyası və şübhələri qəribə gələcək, amma siz də mənim kimi bu ölkənin müstəqil mətbu orqanı olan "Azadlıq”da üç il deyil, yarım ay işləsəydiniz o zaman Azərbaycan adlı məmləkətdə ümumiyyətlə müstəqil mətbuatın olmadığına bir daha əmin olacaqdınız.
Müstəqil mətbuatmızın Arif Əliyev SEVGİSİ
Bütün müqəddəslərə and içəirəm, Azərbaycanda bu gün müstəqil, senzurasız mətbuat yoxdur. Ona görə yoxdur ki, bu ölkədə bütün mətbuat qohumluq və dostluq, icazəli və icazəsiz prinsiplərlə çalışır. Sonra da çıxıb yekə-yekə deyirlər "hakimiyyət azad mətbuatın inkişafına mane olur”. Siz mətbuatı yuxarıda sadaladığım zibillərdən təmizləyin ki, mətbuat da azad olsun. Hansı qəzet redaktorunun nəinki atası, hətta ən uzaq qohumu, dostu, işi keçən bir adamı haqqında onun rəhbərlik etdiyi qəzet və ya dərgidə bir kəlmə tənqidi yazı getdiyini görmüsüz indiyə qədər? Əgər sizlərdən kiminsə əlinə belə bir yazı keçsə, xahiş edirəm onu mənə göstərin. O zaman mən həmin redaktorun bu ölkədə ən demokrat adam olduğuna inanacam.
Arif Əliyevlə məhkəmə prosesini çalışdığım "Azadlıq” qəzeti, işıqlandırmadı. Bu məhkəmə haqqında bir kəlmə yazı, informasiya getmədi. Ancaq "Mediaforum.az” saytına fürsətdən istifadə edib öz təşəkkürümü bildirirəm. Çünki bu sayt sona qədər məhkəmə prosesini işıqlandırdı. Hətta buna görə, bu sayta bəzi adamların qəzəbi də artdı.
"Azadlıq” qəzetinin redaktoru Azər Əhmədov isə məhkəmə haqqında bircə cümlənin qəzetdə getməsinə icazə vermədi. Səbəbini isə belə izah elədi: "Arif Əliyev Söz Azadlığı Fondunun üzvüdür. Biz onun haqqında bir kəlmə xoşuna gəlməyən yazı yazsaq onda bizə qrant almağa imkan verməyəcək”. Bəli, Azərbaycanda belə icazəli mətbuat qəhrəmanları var.
Hətta məhkəmə prosesindən "Azadlıq” qəzetində informasiya getməsi üçün AXCP-nın sədri Əli Kərimliyə zəng etdim və Azər Əhmədovdan xahiş etməsini istədim. Lakin bu zənglərin də faydası olmadı. Budurmu sizin Azərbaycan xalqına vəd etdiyiniz demokratiya. Bu gün adını müxalifət qoyanların Azərbaycan xalqına vəd etdiyi demokratiya, Amerikanın İraq xalqına vəd etdiyi demokratiyaya çox bənzəyir. Bu demokratiya sonda İraq xalqına ancaq və ancaq faciələr gətirdi. Bu faciələr bu gün də davam edir. Bu gün günahsız iraqlılar hər gün öldürülür, əzizlərini, yaxınlarını itirilər. Bu faciənin nə zaman qədər uzanacağını hələ heç kim bilmir.
Amma məni daha çox düşündürən bir məqam var. Niyə görə, bu ölkədə adını müstəqil qoyan bəzi qəzetlər səhərdən-axşama kimi ölkə prezidentinin hətta o dünyadakı atasından ağzına gələni yazmağa cəsarəti çatır, amma Arif Əliyevi haqsızlığa görə məhkəməyə verən Arzu Abdullanın bir cümlə məhkəmə prosesindən informasiya verməyə qorxur. Bu əslində nə Arif Əliyevə bu üzdəniraq "müstəqil” mətbuatın sevgisi, nə də qorxusu deyil. Əslində bu "müstəqil” mətbuatın iqtidardan icazəli "azadlıq mübarizəsidir”. Mən isə bu məmləkətdə çox məqamlardan və adamlardan iyrəndiyim kimi belə "müstəqil” mətbuatdan, icazəli mübarizədən iyrənmişəm.
Arzu Abdulla arzuabdulla@gmail.com

Комментариев нет:
Отправить комментарий