“Azərbaycan Yazıçılar Birliy”inin (AYB) sədri Anarın müsahibələrindən birində “Ədəbiyyat” qəzetini təndiq etməsi qalmaqala səbəb olub. Sədrin fikirləri əvvəlcədən mövcud olan narazılığın şiddətlənməsinə gətirib çıxardıb. O, baş redaktorun işini bəyənmədiyini və bir neçə dəfə təklif verməsinə baxmayaraq qəzetin fəaliyyətində heç bir irəliləyiş olmadığını bildirib. AYB-nin mətbuat katibi Ədalət Əsgərov Anar müəllimin fikirləri ilə razılaşmadığını deyib. “Anar ciddiyyət nümayiş etdirməlidir. Bir də, Anar müəllimin təklifləri şəffaf olmalıdır və cəmiyyət də onu bilməlidir”. Ancaq Ədalət müəllimin “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalının kürəkəni olduğu üçün onun çıxışı birmənalı qarşılanmayıb. Kimisi onun qohumbazlıq etdiyini, kimisi isə ədalətsiz tənqidə etiraz bildirdiyini düşünür. Qurumun gənclərlə iş üzrə katibi Rəşad Məcidin məsələyə münasibəti vəziyyətin daha kəskin hal almasına gətirib çıxardıb.O, Ədalət Əsgəroğlunu qohumbazlıq edərək əssasız fikir söyləməkdə ittiham edib.Rəşad Məcidin fikrincə ortada sağlam təndiq var və heç kimin Ayaz Vəfalı ilə şəxsi problemləri yoxdur. Ancaq Ayaz Vəfalı müsahibəsində Rəşad müəllimin redaksiyası ilə rəhbərlik etdiyi qəzet arasında on illik çəkişmənin olduğunu deyib. Qeyd edək ki, “Ədəbiyyat” qəzeti 1934-cü ildən AYB-nin tərkibində fəaliyyətə başlamışdır. Qəzetin səhiflərində əsasən yubileylər, nekroloqlar və yazıçıların həyat və yaradıcılığı barəsində yazılar görmək olar.
AYB-nin tərkibində narazılıq istər qurum daxilində, istərsə də ədəbi çevrələrdə müzakirələrə səbəb oldu. Bir qrup gənc yazar “Ədəbiyyat” qəzetini bəyənmir və ondan “sovet qoxusu” gəldiyini düşünürlər. Əslində qəzetdə yayımlanan müəlliflərin yaşı əsasən əllidən yuxarıdır. Gənc şair Qismətin fikrincə sözügedən mətbu orqanın daha çağdaş düşüncəli, gənclərlə işləməyi bacaran və dünyagörüşlü baş redaktora ehtiyacı var. Onun sözlərinə görə köklü dəyişiklik edilməli və qəzetin istər dizayn, istərsə də məzmunu yenilənməlidir. Azad Yazarlar Ocağının təmsilcisi Rafiq Tağı isə məsələyə başqa aspektən yanaşır. Şair Ədalət Əsgəroğlunun həqiqəti müdafiə etdiyini və buna görə də sıxışdırılıdığını düşünür.
AYB-nin sədrinin qurumun mətbu orqanını təndiq etməsi və islahatlar aparmaq istəyi yaxşı hal kimi qiymətləndirilməlidir. Belə qalmaqallar ədəbiyyata dolayı yolla xidmət edir və onu gündəmdə saxlayır. Ancaq bu sənət davası deyil, daha çox şəxsiyyətlərin nüfuz savaşı kimi görünür. Çünki,hələ 2009-cu ildə bu problem eyni şəxslərin iştirakı ilə qalmaqala səbəb olmuşdu. AYB-nin korrupsiyada ittiham olunduğu zaman diqqətlər “Ədəbiyyat” qəzetinə yönəlmişdi. Hələ o zaman, Rəşad Məcid çıxış edərək qəzetin fəaliyyətini təndiq etmiş və baş redaktorun istefa verməsini istəmişdi. O, Ayaz Vəfalının postuna Səlim Babullaoğlunu məsləhət görmüşdü. Eyni ssenari üzrə davam edən qalmaqal Ədalət Əsgəroğlunun müdaxiləsi ilə sona çatmışdı. Qurumun sözcüsü mətbu orqanın zəif çıxmasını AYB-çilərin zəif əsər təqdim etməsi ilə əlaqələndirmişdi. Ayaz Vəfalının korrupsiyada ittiham olunmasına isə o, “Ayaz Vəfalını korrupsiyada günahlandırmaq böyük səhvdir. Onu kim korrupsiyada ittiham edirsə, bunu açıq-aşkar etsin. Mənim həmin adama deyecəyim sözüm olacaq.” Ədalət müəllimin sətraltı ismarıcından sonra AYB rəsmi məlumat yayaraq Ayaz Vəfalının yanında olduqlarını və onun korrupsiyada günahlandırılmağının əsassız olduğunu qeyd etdilər.
Görünən isə odur ki, qurumun tərkibində uzun müddətdir ki, davam edən narazılıq mövcuddur.İki ildən sonra bu qalmaqalın yenidən gündəmə gəlməsi, problemin həll olunmadığını və daxili çəkişmələrin hələ də mövcud olduğunu göstərir.
Rövşən DANYERİ "Reytinq" qəzeti

Комментариев нет:
Отправить комментарий