Azadlıq və “Azadlıq” adlı dünyanın azad insanları və ya bu dünyanın sakinləri olmaq arzusu ilə alışıb yananlar. Çox vaxt “mən azadam” deyirik. Mən azadam müxtəsər cümləsinda isə nə maddi, nə də mənəvi azadlıqdan söhbət gedə bilməz.
Doğuluruq – birimiz qız, digərimiz oğlan. Doğuluruq – ya xəstəxanada, ya təcili yardım maşınlarında, ya öz evimizdə, ya da… Axı, e.ə. yaşayan Heraklit demişdi: “Biz istəmədən doğulur, əzabla yaşayır, həsrətlə ölürük. ”Bu da bizim azadlığımız… Doğulanda nə cismimizi, nə milliyətimizi, nə irqimizi, nə valideynimizi, nə məkan, nə də zaman seçə bilirik. Sartr dediyi kimi, bizim doğulandan seçim hüququmuz yoxdur.
Bəlkə, körpə ikən şüurumuz yoxdur deyə, azadlıqdan danışmağa haqqımız, hüququmuz belə çatmır?
Yavaş – yavaş böyüyürük. Bəlkə, böyümək belə istəmirik. Uşaq qalmaq, həmişə qağyılardan uzaq olmaq arzusundayıq. Nə bunu bizdən soruşan var, nədəki bu istəyi reallaşdırmaq qabiliyyəti mövcuddur bizdə.
Ailə bizə səddlər qoyur – 1–ci sədd ata, 2-ci ana sonra bacı, qardaş… Beləcə cəmiyyət üçün yaşadığımızı dərk etdirirlər bizə, hopdururlar təfəkkürümüzə.
Məktəbə gedir, müəllimlərin qarşısında otururuq. Dərsə hazır olmayanda verilən “niyə?” sualı hazır olanda verilmir. Niyə?
Axı, mən – bizlər azadıq.
Məgər, ruhi xəstəxanalarda yaşayan şizofreniklər, epilepsiya, QİÇS, serroz, xərçəng xəstəliklərinin daşıyıcılarımı seçdilər bu yolu və bu virusları bədənlərinin müxtəlif yerlərinə yerləşdirdilər?
Bəzən “dəli”lərə bəlkə də, onlar daha xoşbəxtdir deyirik. Bəs, onda dünya gözəli isteriya xəstəsi bir qız təcavüzə uğrayıbsa, əqli və zehni çatışmazlıq sahibi balaca 1 uşaq bətnində dərk edə bilməyəcəyi uşaq daşıyırsa?
Onlarmı seçdilər bu həyatı? Əzabı dadmağımı arzuladılar, çirkab yaşamağı bəlkə, istədilər? Bəlkə, bu həyatı seçməklə azad olduqlarını bizə sübut etmək istədilər?
Kim bilir…
Anasıyla 1 ömür keçirmək, yoldaşının həmişə qolları arasında nəfəs almaq, övladının ətrini duymaqla yaşamaq istəyənlərin əlindən bu nemətlər alınsa və alınırsa?
Axı, mən burada deyil, Afrikada buşmenlərlə və ya aborigenlər arasında yaşamaq istəyirəm. Axı, məndən heç kim soruşmur.
Bəzən, dediyimiz, tələffüz etdiyimiz sözlərdə belə qüsurlar, səhvlər axtarılır, tapılır da. Kiçicik azadlıq meyarı da əlimizdən alınmalıdır axı.
Qınadağımız insanlardan – “pis” yolda olan qadın, kişi və uşaqlardan “niyə burdasan” və bu əməllərin sahibisən deyə soruşdunuzmu? Tbilisi prospekti, “Hyyat Regions” oteli boyu mavilər, Bakı küçələri isə qadınlar və ac-yalavac körpələrlə cərgələnir hər gecə.
1 gün 1 mavinin “Rahat yaşaya bilmirəm. Mən də sevmək, sevilmək, işləmək istəyirəm hamı kimi. ”cümləsi məni çox təəccübləndirdi. Axı, çoxumuz onları bioloji və psixoloji olaraq “xəstə” sayırıq. Bəs, niyə qınayırıq. Onlar “xəstə”dilər, axı? Özünüz belə deyirsiniz, buna da inanırsınız. Qoyun azad olsunlar, azad yaşasınlar.
Hər gün metrolarda qaraçı adlandırdıqlarımız uşaqlarını diləndirirlər. Axı, bu da onların profesiyasıdır. Onlar da azad olduqlarını sübut etmək istədilər, istəyirlər. Ancaq inanın, həyatın qoynuna, məngənəsinə atılan bu körpələr valideynləri qədər azad deyillər, həm o valideynlər də öz valideynlərinin atdığı addımları yeniləyirlər, təkrarlasalar belə.
Heç onlar da azad deyillər…
Psixoanalizmin banisi Z.Freyd haqqında ilk eşitdiklərim mən də onun fəlsəfəsinə maraq oyatdı. 1 kitabda belə oxumuşdum: “O lokal anesteziyanın (kokain) prinsiplərini kəşf etmişdir.” Sonra eşitdim ki (oxumamışam), Freyd Avropaya ilk dəfə kokaini elə özü gətirib. Nəsə 1 az gözümdən düşdü. Ancaq Freydin inkarı bəlkə də, onun təsdiqinə gətirir. Freyd həm də bişüurunu kəşf edib. O ilkin istək və arzuların reallaşdırılmasını əsl xoşbəxtlik və azadlıq adlandırırdı. Deyəsən, biz də bu azadlığın arzusundayıq.
Bəlkə, hər birimizin digərinə olan qadağa və səddləri üzərimizdən götürək və hər kəsin özü üçün müəyyənləşdirdiyi çərçivələr olsun?!
Yenə də çərçivə. 1 çərçivədən çıxmaq və digərini təyin etmək?
…Nərmin Kamalın “Abort” haqqında şeirini oxudum. Nərmin bu prosesi elə canlandırmışdı ki, tüklərim ürpəşirdi oxuduqca və yeni informasiyalar əldə etdim. Sən demə, bətndən təmizlənmiş döllər kosmetik vasitələr üçün ən gözəl mənbədir. Bu gün də istifadə etdiyimiz “PUPPA”, “FLORMAR”, “JADE”, ”ORİFLAME” və s. kimi markaların hansı qurbanlar hesabına yarandığından belə xəbərimiz yoxdur. Bəlkə, o, məhv olunan döl uşaq kimi dünyaya göz açardı və bu istəyinizi reallaşdırmaq arzusunu körpələrdən soruşardınız və rizalarını alardınız?
Onların azadlıqları da əllərindən alındı, hamımız kimi…
…Axı, mən sevirəm. Sevdiyimi seçdim. O isə məni yox.
“Mən” azad deyiləm!
Комментариев нет:
Отправить комментарий