16.04.2011

AZAD YAŞAR - AZAD YAŞAYAN İNSAN


Aprel ayının 10-da Azərbaycan yeni ədəbiyyatının qurucularından biri Azad Yaşarın 50 yaşı tamam oldu. 
Bu münasibətlə bu gün Azad Yazarlar Ocağının üzvləri və dostları Kitab Klubunda bir araya gəlib Azad Yaşarın 50 yaşını təbrik etdilər. 
Görüşdə Rasim Qaraca, Tehran Əlişanoğlu, Rafiq Tağı, Murad Köhnəqala, Nərmin Kamal, Şərif Ağayar və yubilyarın digər qələm dostları ürək sözlərini söylədilər. 
Azad Yaşarın ədəbiyyat qarşısındakı xidmətləri qeyd olundu, Azərbaycan kimi demokratik olmayan bir ölkədə əsl sənət adamlarının çətinliklə yaşadığı və yaradıcılıqla məşğul olmağın əsl fədakarlıq olduğu qeyd olundu. Ən sonda Azad Yaşar öz şeirlərini oxudu, xatirə olaraq fotoşəkillər çəkildi. 
AZAD YAŞAR - AZAD YAŞAYAN İNSAN






AZAD YAŞAR - AZAD YAŞAYAN İNSAN

Комментариев нет:

Отправить комментарий