13.04.2011

Mətn anlayışı haqqında

Rəhim Əliyev. Mətn anlayışı haqqında
Rəhim Əliyev

Yazı ilə mətn anlayışlarının fərqi. Yazılı dil həm də fasiləsiz proses kimi bir-birinə ən müxtəlif bağlarla bağlı olan mətn¬lə¬rin məcmusudur. Ya¬zı mədəniyyətinin xronoloji tarixi mətn mədəniy¬yə¬ti¬nin ta¬rixindən qat-qat qədimdir. Lakin mətn mədəniyyəti tarixi şəkildə artan həcminə görə yazı materialından qat-qat, bəlkə müqayisə edilməz dərəcədə böyükdür. Mətn həm də infor¬ma¬si¬yanı fasiləsiz və itirmədən saxlamağa imkan verən yazı mədəniyyətinin utilitar hissəsidir. Mətn mədəni sosial dövriyyədə və yaddaşda az-çox statusu olan, sosial dəyərli informasiya xəzinəsidir.
Hər bir yazı mətn sayıla bilməz. Yazının tarixinin 80-90 min illik uzun bir dövrü öz oxunuş qaydaları ilə birgə mətn mədəniyyəti yaratmadan itib-getmişdir. Mətn yazı mədəniyyətinin elə bir formasıdır ki, o tarixi prosesi fasiləsiz hərəkət kimi əks etdirir, özü də fasiləsiz yaşayır. Onun təşəkkülü üçün bir sıra sosial şərtlər vardır:
1. Böyük imperiya dövlət və onun törəməsi olan fonetik yazı.
2. Təşəkkül tapmış kilsə iearxiyası və onun dövlət və cəmiyyət tərəfindən himayə olunması, Allaha aid ediləm müqəddəs mətnlər.
3. Müqəddəs mətnlərin oxunması və qorunması, cəmiyyətin ehtiyacları üçün yaradılan maarif sistemi.
Müasir təfək¬kü¬rün əsas funksiyası – insanın yazılı mətndən və şifahi danışıqdan istifadə qabiliyyətini təmin et¬mə¬si¬dir. Ona görə mətndən əvvəl heç bir mükəmməl təfəkkürdən söhbət gedə bilməzdi, bunlar paralel təkamül etmişlər. Təfəkkür -- fərdi insan yad¬da¬şının söz işarələri vasitəsi ilə idarə olunması qaydaları və şərti refleksləridir. Beləliklə, məhz yazı təfəkkürə söz işarələrini tanımaq, fərqləndirmək, bu işarələri bir-birinə qoşaraq, mürəkkəb işarələr yaratmağı öyrətdi. Dildən istifadənin fərdi aləti olan təfəkkür də yazının nəticəsi kimi dil işarə¬lə¬rin¬dən və işarə birləşmələrindən istifadə alətinə çevrildi.
Lakin dilin nəzəriyyəsi baxımından mətn anlayışının aşağıdakı əlamətlərini göstərmək olar:
1. Mətn cəmiyyətin nəzərində gərəklilik, düzgünlük və doğruluq statusu olan yazıdır. Bu statusun əlamətlərindən biri mətnin variantlı və nüsxəli olmağıdır. O, cümlədən kitabacan həcmdə ola bilər.
2. Mətn özündən əvvəlki variant və ya redaksiya ilə birbaşa bağlı olan, onun əsasında yazılan, çox halda özündən əvvəlki mətnin variantı olan yazı parçasıdır. Bu isə həm mətn mədəniyyətinin vahidliyini və fasiləsizliyini, həm də kompilyativ təbiətini yaradır.
3. Mətn mədəniyyətinin dəyərini təyin edən sosial baza olur. Bu baza mətnə məxsus dildə fasiləsiz təhsil sisternidir. Təhsil sistemi dağılanda müvafiq mətn mədəniyyətinin inkişafı və dövriyyəsi dayanır. Məxsusi təhsil sistemi yaratmamış qədim yazı nümunələri mətn mədəniyyətinə aid edilə bilməz.
4. Nisbi eyniyyətlə çap olunub çoxaldılan mətn formaları (kitab, məqalə və s.) nüsxə hesab edilir. Yalnız ciddi nüsxə fərqləri onların müstəqil mətn kimi qəbulu üçün əsas olur.
5. Hər bir mətn müəllifi olan əlyazmanın nüsxəsidir, lakin müəllifin naməlum olmağı çoxvariantlı yazı parçasının mətn sayılmasına maneə deyil.
6. Mətn adamların yaddaşımda şifahi variantda yaşaya bilir. Lakin bu həqiqi mətn deyil, çünki əzbər mətn yazı mədəniyyətinə yox, şifahi nitq mədəniyyətinə aiddir, fərqli funksiya daşıyır. Ona görə şifahi mətnin dastan, mif, nağıl kimi formaları fərdi yaddaş əsasında yazıya alınanda müstəqil yazılı mətnə çevrilir. Folklor mətnləri belədir.
7. Yazılı və şifahi mətn müxtəlif funksiyalar daşıyır. Yazılı mətn sosial yaddaş formasıdır, şifahi mətn sosial fəaliyyət alətidir.

Mətn və ədəbi dil. Bir dildə mətnlər nə qədər çoxdursa, ədəbi dil də o qədər zəngin hesab olunur. Bu mənada semiotiklərin dilçiliyə gətirdikləri “vahid və sər¬həd¬siz mətn” termini dilin təbiətini anlamaq baxımından böyük əhəmiyyət daşıyır. Əslində ədəbi dil normaları mətnləri yaratmaq qaydalarının məcmusudur. Bu qay¬da¬lar mətnləri yadda saxlamağı, onlardan istifadə etməyi və təzələrini ya¬rat¬mağı asanlaşdırır. İnsanlar həm mətnlərdən istifadə edəndə, həm də şi¬fahi danışanda fonetik işarə materialına qənaət etməyə çalışırlar: bu mətn¬də işarə materialını azaldır, hər işarəyə düşən informasiya yükünü ar¬tı¬rır. Bədii dil nəzəriyyəsində buna lakonizm deyilir. Lakonizm fərdi üs¬lub əlaməti olmaqla mətnyaratmada, ədəbi dil normalarının təkmilləş¬mə¬sin¬də və standartlaşmasında, mətnoxumanın asanlaşmasında mühüm rol oy¬na-yır.
Semiotika bütün mətn mədəniyyətinin vahidliyi nəzəriyyəsini ortaya atmışdır. Qədimlərdə dilçilik elmi cümləni dilin əsas məna daşıyıcı vahidi sayırdı. Lakin əslində cümlə fərdin dildən istifadə edərək yaratdığı söz sırasıdır və sərhəd baxımından çox şərti bir anlayışdır. Məhz cümlə nəzəriyyəsi dilçiliyi mətn nəzəriyyəsinə çıxmağa mane olmuşdur. Çünki cümlə anlayışından çıxış edərək dili səciyyələndirmək olmaz: əslində cümlə uzun ya qısa söz birləşməsidir, yazını oxumağı rahatlaşdırmaq və mətnin qavrayışını asanlaşdırmaq üçün istifadə olunan vahid intonasiyalı dil vahididir. Yalnız mətn anlayışı sayəsində şifahi nitq haqqında əsas həqiqət ortaya çıxır: şifahi nitq yazı dilinin əzbərlənmiş formasıdır. Uşaq nə üçün doğulan kimi dildən istifadə edə bilmir? Ona görə ki, dildən istifadə üçün mətnləri və danışıq şablonlarını əzbərləmək lazımdır. Uşaqlar dilaçma prosesində məhz bunu edirlər. Başqa dilləri öyrənənlər də uşağın körpəlikdən keçdiyi yolu keçirlər və digər dili əzbərləyirlər.
Mətn və yazı prosesi. Ədəbi dilin normativliyi yazı ilə bağlıdır, insanların mətnlərdən istifadə vərdişi ilə yaranan söz yaddaşı kimi mövcud olmasıdır. Adətən yazılı mətnlərdə işlənən qrammatik və sintaktik norma¬lar ədəbi dil norması sayılır. Bu mənada ədəbi dilin normativliyi şərti bir anlayışdır, sabit dərsliklərdən, ədəbi mətnlərdən, bütün nəsillərin istifadə etdiyi kitablardan ümumi istifadədən doğur. Yazı zamanı əvvəllər oxun¬muş (və ya dəfələrlə eşidilmiş) mətn və kitabların əzbərlənmiş, yaddaşda həkk olunmuş sintaktik və morfoloji söz sıralarından, konstruksiyalardan fəhmlə is¬tifadə olunur, yazan şəxs isə bunu özü çox zaman hiss etmir. Norma¬tiv¬lik iki əsasdan: təhsil prosesində öyrənilib oxunmuş mətn yaddaşından və bu yad¬daş¬dan yazı zamanı, yazı praktikasında istifadə vərdişindən doğur. Fərdi yazı vərdiş-ləri və şakərləri ədəbi dil normalarını zənginləşdirən əsas mənbədir.
İki müxtəlif şəxs eyni fikri heç zaman eyni söz və ifadələrlə deyə bilmir. Bu isə ədəbi dildəki üslub əlvanlığını yaradır. Hesab olunur ki, dili ən çox zənginləşdirən uşaqlar və şairlərdir. Uşaqlar dili pis bildiklərindən öz fikir və emosiyalarını orijinal sintaksisdə ifadə edirlər. Şairlər isə həyəcan içində yazdığından ədəbi dil normalarını “dağıdırlar”, dilçilər isə bunu dil yaradıcılığı kimi qəbul edirlər. Ədəbi dil nəzəriyyəsində buna fərdi üslub deyilir. Qələm sahibləri ədəbi dil normalarına pedantcasına əməl etdikdə belə onların yazdıqları mətnlər lüğət tərkibi, sintaksis fərdiliyi, dialekt xüsusiyyətləri ilə seçilir
Yazının hədəfi və predmeti dünya haqqında məlumat və təsəvvürləri çoxlu adamlara ötürməkdir. Yazının ünvanı çoxluq və cəmiyyətdir. Müəllif yazı prosesində öz yaddaşında əzbər olan söz sıraları əsasında yeni variantlar – yeni söz və birləşmə sıraları yaradır. Digər dili təzə öyrənənlər, zəif bilənlər həmin dildə yaza bilmirlər. Hətta insanlar dil açmadığı dildə yaza bilmirlər. Xüsusilə bədii əsər yazmağı bacarmırlar. Yazanda isə onların üslubu süni olur.
Yazıda mətn (kitab) dilini bilmə əsas rol oynayır. Yazılı mətnlər və kitab¬lar¬la daimi işləmə (oxuma) sayəsində mətnləri və onların söz sırasını əzbər bilmək qabiliyyəti yüksək səviyyəyə çatır (Söhbət formal dəqiqliklə əzbərbilmədən yox, prinsipcə əzbərdən gedir). Folklor üslubunu bilib şeir yazanlar lazım gəldikdə bir ərizə yaza bilmirlər. Çünki onlar kitab dilini bilmirlər.
Yazı prosesi – söz və söz birləşmələrinin dünyanı göstərmək, onun ifadəsi və işarəsi olmaq xassəsinə əsaslanaraq yeni variantda söz birləşmələri sırası yaratmaqdır. Yazıya alınan sözlərin, birləşmələrin sayının artması onlardakı ümumu informativliyin də, dünyanın daha böyük obrazına işarəetmə potensialının da böyüməsi ilə nəticələnir. Daha çox söz dünyanın daha böyük obrazı olur.
Fonetik kitab yazısı yeni sözlər və xüsusilə anlayışlar yaratmaqda inqilab yaratdı. Bu inqilabin formulu sadə idi: yazı prosesində bir sözü dəqiqləşdirmək, konkretləşdirmək üçün digər sözdən istifadə qaçılmaz oldu. Söz birləşməsində sözlərini sayının artması birləşmədə dünya haqqında informasiyanın həcmini artırırdı: kəşf bu idi. Sözləri yanaşı yazıb yeni anlayışlar yaratmağa başlandı.
Sadələşdirərək demək olar ki, mətnyaratma sözləri bir birinə qoş-maqla dünyanı təsvir, izah etmək, işarə etməkdir. Belədirsə, yazı – bir bi-rini aydınlaşdıran söz və söz birləşmələri sırasıdır. Yazıda bu sıra müəy-yən informasiyanı ifadə edir, danışıqda əsə bu informasiyanı konkret həyat vəziyyətinə aid edib ikinci şəxsə ötü¬rür.
Yazılı mətndə doğruluq, obyektivlik iddiası var. Yazının obyektiv¬lik iddiası şifahi nitqin subyektivliyi ilə əks qütbdə durur. Ona görə subyekt və subyektlik yazı prosesində ikinci planda olur və təhtəlşüur şəkildə iştirak edir. Yazı və oxuda ikinci subyektə ehtiyac yoxdur. Yazı və oxu prosesinin məqsədi və predmeti bilgini ötürmə və alma ilə bağlıdır. Yazı zamanı bilginin maddi variantı (aləti) yaradılır və bu yaratma vahid əlifba, vahid orfoqrafiya, ədəbi dil normaları kimi sosial qayda və alətlər vasitəsi ilə icra edilir. Onu icra edən adam dünya haqqında nəyi isə bildirmək və bu bilgini maddiləşdirmək istəyir. Bu maddiləşdirmənin əsas səbə¬bi bildirilənin, mətnin bir fərd üçün yox, çoxluq üçün, sosial qu¬rum üçün nəzərdə tutulmasıdır. 

Комментариев нет:

Отправить комментарий