Müxalifətin son aksiyalarında fəallığı ilə seçilən Gözəl Bayramlı təcridxanaya göndərildi
AXCP sədrinin müavini Gözəl Bayramlı İctimai Palatanın 17 aprel aksiyasında tutulub. Aprelin 18-də Nəsimi Rayon Məhkəməsi onu 5 sutka inzibati həbs cəzasına məhkum edib.
Səadət Bənənyarlı bildirib ki, Gözəl Bayramlı əvvəllər də həbs cəzası alıb: “2003 və 2005-ci illərdə keçirilən kütləvi aksiyalar zamanı Gözəl Bayramlı digər fəal qadınlarla birgə inzibati qaydada həbs edilmişdi. Mən hesab edirəm ki, məhkəmə Gözəl Bayramlının xanım olduğunu nəzərə alaraq ona xəbərdarlıq edə və ya cərimə kəsə bilərdi. Mən həmkarlarım Novella Cəfəroğlu və Səidə Qocamanlı ilə birgə aprelin 17-də gecə saatlarına kimi Nəsimi Rayon Polis İdarəsində olduq. Çalışırdıq ki, tutulan xanımları məhkəmə olanadək evlərinə buraxsınlar. Təəssüf ki, hüquq mühafizə orqanları buna razılaşmadı. Aprelin 18-də isə Gözəl Bayramlıya həbs cəzası verildi. Düzdür, siyasi fəaliyyətlə məşğul olan adam hər şeyə hazır olmalıdır, amma biz istəməzdik ki, Azərbaycan xanımı siyasi fəaliyyətinə görə həbsdə qalsın”.
“Biz istəməzdik ki, Azərbaycan xanımı siyasi fəaliyyətinə görə həbsdə qalsın”. AXCP sədrinin müavini Gözəl Bayramlının 5 sutka inzibati həbs cəzasına məhkum olunmasını şərh edən hüquq müdafiəçisi Səadət Bənənyarlı “Media forum”a belə deyib.
AXCP sədrinin müavini Gözəl Bayramlı İctimai Palatanın 17 aprel aksiyasında tutulub. Aprelin 18-də Nəsimi Rayon Məhkəməsi onu 5 sutka inzibati həbs cəzasına məhkum edib.
Səadət Bənənyarlı bildirib ki, Gözəl Bayramlı əvvəllər də həbs cəzası alıb: “2003 və 2005-ci illərdə keçirilən kütləvi aksiyalar zamanı Gözəl Bayramlı digər fəal qadınlarla birgə inzibati qaydada həbs edilmişdi. Mən hesab edirəm ki, məhkəmə Gözəl Bayramlının xanım olduğunu nəzərə alaraq ona xəbərdarlıq edə və ya cərimə kəsə bilərdi. Mən həmkarlarım Novella Cəfəroğlu və Səidə Qocamanlı ilə birgə aprelin 17-də gecə saatlarına kimi Nəsimi Rayon Polis İdarəsində olduq. Çalışırdıq ki, tutulan xanımları məhkəmə olanadək evlərinə buraxsınlar. Təəssüf ki, hüquq mühafizə orqanları buna razılaşmadı. Aprelin 18-də isə Gözəl Bayramlıya həbs cəzası verildi. Düzdür, siyasi fəaliyyətlə məşğul olan adam hər şeyə hazır olmalıdır, amma biz istəməzdik ki, Azərbaycan xanımı siyasi fəaliyyətinə görə həbsdə qalsın”.
Комментариев нет:
Отправить комментарий