18.04.2011

MÜXALİFƏTÇİNİ "SÜRTÜNMƏ MADDƏSİ" İLƏ HƏBS ETDİLƏR

Müsavat Partiyasının Sabirabad rayon təşkilatının sədri Azər İsmayıl həbs edilib


Bu gün Müsavat Partiyasının Sabirabad rayon təşkilatının sədri Azər İsmayıl həbs edilib. Bu barədə FaktXeber.com-a Ümid Partiyasının funksioneri Razi Abasbəyli məlumat verib. Onun sözlərinə görə, Sabirabad Polis İdarəsinin rəis müavini Zülfü İsayev Azər bəyə iki dəfə mitinqə getməməklə bağlı xəbərdarlıq edib. Sonra Azər bəy etiraz edib. Yolda gedərkən bir nəfər ona sürtünüb. Bundan şübhələnən Müsavat fəalı yolun əks istiqamətinə keçib. Lakin dərhal PPX maşını Azəri həbs edib polis idarəsinə aparıb.

Комментариев нет:

Отправить комментарий