Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır.
Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır.
Həbsdən çıxdıqdan sonra O. Henri “The Rolling Stone” (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir.
Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır.
O. Henrininzarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
Ustalıqla qurduğu və insanı həyəcanlandıran sujeti, incə yumoru və adamın üzünə sanki şillə vururmuş kimi sona çatan gözlənilməz sonluqlarıyla bitən hekayələri, qısa novella sahəsində O. Henriyə xas bir “tərz” meydana gətirmiş və bu bir çox yazıçıya ilham mənbəyi olmuşdur.
Maraqlı sujet xətti və incə yumoru ilə seçilən əsərlərində Amerikan həyat tərzinin burjua cəmiyyətinin sosial ziddiyyət və mənəvi eybəcərlikləri əksini tapmışdır.
Yazıçının “Kral və kələm” romanından əlavə hekayələrini topladığı əsas kitabları bunlardır: “Qərbin ürəyi”, “Dörd Milyon” (Four Million), “Yanan Çıraq” (The Trimmed Lamp), “Şəhərin səsi” (The Voice of the City), Seçmələr (Options), Fırılananlar (Whirligigs), Altılıqlar və Yeddiliklər (Sixes and Sevens). Əsərləri dəfələrlə ekranlaşdırılmışdır.
O. Henri 1910-cu ildə Nyu Yorkda vəfat etmişdir.
QƏRİBƏ BİR HEKAYƏ
Austinin şimalında bir vaxtlar namuslu bir Smoders ailəsi yaşayırdı. Con Smodersin ailəsi arvadından, beş yaşındakı balaca qızından və onun valideynlərindən ibarət idi. Kəndin rəsmi siyahıyaalmasında ailə altı nəfərdən ibarət olsa da əslində isə onlar üç nəfər idilər.
Bir axşam şam yeməyindən sonra balaca qız şiddətli bir mədə sancısıyla qıvranmağa başladı. Con Smoders tez vaxt itirmədən evdən çıxıb kəndə dərman almağa getdi. Amma o, bir də heç vaxt geri qayıtmadı.
Balaca qız bir müddət keçəndən sonra sağaldı, sonra da büyüyüb gözəl bir gənc qadın oldu.
Ana illərlə yoxa çıxan əri üçün çoxlu göz yaşı tökdü. Amma üç ay əvvəl evlənib San-Antonio kəndində yerləşdi.
Bir müddət sonra balaca qız da evləndi və aradan illər keçdikdən sonra balaca qızın da qızı gəlib beş yaşına çatdı.
Gənc qadın isə hələ də atasının onları tərk edib və bir də heç vaxt geri qayıtmadığı evdə yaşayırdı.
Bir gecə qəribə bir hadisə baş verdi. Bir neçə il bundan əvvəl Con Smodersin yoxa çıxdığı gecə gənc qadının balaca qızı mədə sancılarıyla qıvranmağa başladı. Əgər Con Smoders yaşayırdısa deməli o, nəvə sahibi də olmuşdu.
Con Smit (gənc qadının əri) arvadına “Mütləq kəndə gedib balaca qızıma dərman almalıyam” dedi.
Arvadı “Yox, yox, Con getmə. Bəlkə sən də evə qayıtmağı unudub əbədiyən yoxa çıxarsan” deyə ərinin getməyinə etiraz elədi.
Beləcə Con Smit balaca qızı üçün dərman almağa getmədi. O, arvadıyla birlikdə gəlib balaca Penzinin (balaca qızın adı Penziydi) başı üstündə dayandılar.
Bir müddət sonra Penzinin halı lap pişləşdi. Con Smit təkrar balaca qızı üçün dərman almağa getmək istədi amma arvadı yenə də ona mane oldu.
Elə bu vaxt birdən birə evin qapısı açıldı və hardansa gəlmiş uzun və ağ saç-saqqallı, donqar yaşlı bir qoca kişi beli bükülmüş vəziyyətdə içəriyə girdi.
Penzi qocaya kişini “Xoşgördük baba” deyə salamladı. Balaca qız yaşlı adamı o birilərindən əvvəl tanımışdı.
Qoca kişi cibindən tez dərman şüşəsini çıxardaraq Penziyə bir qaşıq sirop içirtdi. Balaca qızın halı həmən dəqiqə də yaxşılaşdı və o sağaldı.
Sonra Con Smoders “Tramvayı gözlədiyim üçün bir az gecikdim” dedi.
Tərcümə etdi: Seyid Ramin bizimki.org
Комментариев нет:
Отправить комментарий