Hamı ağlını çaşıb səni suçlu biləndə,
Ağılsızlar içində ağıllı qala bilsən.
Özündən əmin olsan hamı şübhələnəndə,
Ancaq şübhələri də nəzərə ala bilsən.
Əgər gözləyə bilsən gözləməkdən bezmədən,
Və özünü bir dahi, bir müdrik zənn etmədən,
Hec kəsə kin tutmasan, sənə kin tutsalar da.
Xəyallar qura bilsən xəyalpərəst olmadan,
Düşüncələrə dalsan, məqsədin pozulmadan.
Zəfər ya məğlubiyyət hərdən qarşına çıxsa
Bu iki “yalançı”ya eyni göz ilə baxsan.
Dediyin həqiqəti təhrif etsə yaramaz,
Bunları eşidərkən dözüm göstərə bilsən.
Həyatını qoyduğun işlər işə yaramaz,
Sən yenə də həvəslə işini görə bilsən.
Bütün uğurlarını bir yerə toplayaraq,
Bir qumar oyununa qoyub uduzsan belə.
Bu itki barəsində heç zaman danışmadan,
Yenidən dönə bilsən lap başa, lap əvvələ.
Hamı səni tərk edən zaman-qəlbin, sinirin
Səndən ayrılmayaraq harayına versə hay.
Dözüb-dayana bilsən qalmasa da heç nəyin
“Dayan” deyib hayqıran bir iradədən savay.
Ləyaqətin qorusan kütlələrin içində,
Ya da ki, krallarla birlikdə gəzər ikən.
Nə dostun, nə düşmənin küsülü qalsa səndən,
Sevib-saysalar səni, ancaq həddi keçmədən.
Axıb gedən zamanın, hər günün, hər saatın
Hər anını əməyin təriylə yusan, oğlum.
Onda bil ki, bu dünya hər şeyiylə sənindir,
Və daha da vacibi – ADAM olmusan, oğlum!
Tərcümə edən: Sərxan Xəzər bizimki.org
Комментариев нет:
Отправить комментарий