Ceyhun Bayramlı
Bu cür şerlərin sayı dastanda bəs deyincədir. Hətta bunların yazılmasında xalq ədəbiyyatımızın incilərindən, xüsusən də, «Koroğlu» dastanının müxtəlif elementlərindən də gen-bol istifadə olunmuşdur. Daha bir şerdən bir bəndə nəzər salaq.
Dədələrimiz əbəs yerə deməyiblər ki, «dostunu göstər, sənin necə adam olduğunu söyləyim». Qatır Məmmədin dostları və silahdaşları, dastandan da göründüyü kimi, Kolya, Volodya, Arşak, Qoç Hambarsum (?), Hayk və digərləridir.
İzaha ehtiyac yoxdur. «Qatır Məmməd» dastanı bütövlükdə millətimizin dünəninə, bu gününə, sabahına edilmiş bir sui-qəsddir.
HAŞİYƏ: Uşaq vaxtlarımda (təxminən 1985-1987-ci illərdə) tarixi ədəbiyyata qarşısıalınmaz bir maraq göstərdiyimdən valideynlərim mənə tez-tez müxtəlif kitablar alırdılar. Bir dəfə sırf təsadüf nəticəsində dastançı Qocayev adlı birisinin (onun adı nədənsə yadımda elə bu formada qalıb – dastançı Qocayev kimi) yenicə nəşr etdirdiyi qırmızı cildli «Qatır Məmməd» kitabını əlimə almışdım. Tariximizlə bağlı bədii əsərləri birnəfəsə oxuduğumdan bu kitabı da dərhal oxumağa başladım. Azərbaycan şifahi xalq dilinin incəliklərinə qədər əks olunması əsəri oxucuya daxilən yaxınlaşdırsa da, ayrı-ayrı qoşmalar məndə kitaba qarşı müəyyən doğmalıq hissləri yaratsa da, əsərin bəzi məqamlarında külli miqdarda cavabsız suallarla üzləşməli olurdum. Düşünürdüm ki, görəsən Fətəli Xanın Qatır Məmmədin dəstəsini məhv etmək məqsədilə Gəncəbasara qatarla göndərdiyi qoşunu dağıtmaq üçün nədən o boyda Bakı-Gəncə dəmir yolunu partlatmaq lazım gəlmişdir? Məgər, müəllimlərimizin dediyi kimi, insanların gediş-gəlişini yaxşılaşdıran bu dəmiryolu daha heç kimə gərək olmayacaqdımı? Və bu orduyla kişi kimi qabaq-qabağa vuruşub qalib gəlmək olmazdımı?..
Əlbəttə, o vaxt bu cür suallar indi qeyd etdiyim kimi uzun və mürəkkəb deyildi, o zaman fikrimi tam ifadə etmək istədikdə çətinlik çəkirdim. Lakin bu və bunun kimi suallar kitabı oxuyan zaman və oxuduqdan sonra da mənə rahatlıq vermirdi. İlk dəfə mənfi, düşmən obraz kimi bu kitabda rastıma çıxmış Fətəli Xan Xoyski surətini «-ski» soyad sonluğuna görə yad birisi sanmışdım (əsərlərdə tez-tez bu cür soyad sonluğuna malik olan hansısa pristav, qubernator, naçalnik obrazlarına rast gəlirdik). Lakin təəccüblü də olsa, onun «xalqa zidd, qaniçən, qəddar» simasını nə qədər eləsəm də, təsəvvürümdə canlandıra bilməmişdim. Bəzi epizodlardakı süniliyi isə hiss etməmiş deyildim. Məsələn, yadımdadır ki, dastanda ara-sıra «Qatır Məmməd naqanını sinəsinə basıb aldı görək nə dedi» tipli cümlələri oxuyarkən sözügedən epizodu təxəyyülümdə canlandırır, atamdan naqanın bir tapança olduğunu öyrəndikdən sonra isə təəccüb edirdim ki, «məgər naqan saz-filandırmı ki, onu sinəyə basıb bu uzunluqda şer deyəsən?» Üstəlik, Qatır Məmmədin fövqəladə aşıqlıq qabiliyyətinə malik olmasının heç bir yerdə söylənməməsi mənim daxili şübhələrimə haqq qazandırırdı.
Dastanda Qatır Məmmədin öldürülmə səhnəsinin təsviri indi də yadımdadır, təxminən bu cür qeyd olunmuşdu: «Qatır Məmmədin ölümünə göy kişnədi, bulud ağladı, camaat ağ çıxardı, qara geydi» və s.
Fərman Eyvazlının təxminən o vaxtlar işıq üzü görmüş «Qaçaq Kərəm» romanı tez-tez ailəmizdə müzakirələrə səbəb olurdu. Bir dəfə hər ikisi müəllim olan atam və rəhmətlik babam bu romanı müzakirə edərkən digər xalq qəhrəmanlarından da söz düşdü. Mən Qatır Məmmədin adını çəkdim, həmin vaxt atamın narazılıqla dediyi «- əşi, Qatır Məmməd uşaq-muşaq olub, süni qəhrəmandır, o hara, Qaçaq Kərəm hara?» sözləri mənim uşaq təxəyyülümdə böyük çaşqınlıq yaratmışdı. Onun haqqında çəkilən film və çap olunmuş dastan mənim atamın dediklərindən tamamilə fərqli şeyləri təlqin edirdi. Mən sadəcə olaraq atama hansısa kitabdan və ya filmdən daha çox inandığım üçün Qatır Məmməd obrazını yadımdan çıxarmağa çalışdım. Atamın təsadüfən dediyi bu sözlər sonradan da uzun müddət yaddaşımdan silinmədi.
O zaman mənim kimi minlərlə Azərbaycanlı, türk balası gizlədilən acı həqiqətlərdən bixəbər idi. Bir qədər sonra Sovetlər Birliyinin çöküşü zamanı aydın olacaqdı ki, «xalqın qəddar düşməni» kimi tanıdılan Fətəli Xan Xoyskilər bu millətin yolunda nə qədər cəfalara, əzablara və məhrumiyyətlərə sinə gərib, şirin canlarını Azərbaycan istiqlalı yolunda göz qırpmadan fəda ediblər...
«Qatır Məmməd» dastanının yaranması tarixi haqda onu deyə bilərik ki, quzey Azərbaycanda bolşevik hakimiyyəti bərqərar olduqdan və möhkəmləndirildikdən sonra, təxminən 30-cu illərdən etibarən bu dastanla bağlı ayrı-ayrı epizodlar toplanmağa və bir-bir mətbuatda çap edilməyə başlamışdır. Dastan haqqında aparılmış tədqiqatlardan aydın olur ki, bu cızma-qaranın əsas hissələrini Kor Aşıq, Aşıq İsaq, Teymur Bisavad adlı adamlar və digərləri yaratmışlar. P.Əfəndiyevin bildirdiyinə görə, Qatır Məmmədin dəstəsində olmuş Gödək İbrahim, Xankişi, Arşak, İvan, Dəli Qara və başqalarının xatirələrindən də dastanın ayrı-ayrı hissələrinin quraşdırılmasında istifadə olunmuşdur.
Maraqlıdır ki, araşdırmaçılar bu adamlara istinadən Qatır Məmmədin dəstəsində aşıqların da olduğunu önə çəkməklə bir növ özlərini gələcək nəsillərin tənəsindən və nifrətindən sığortalamaq niyyəti güdüblər yəni «ey gələcək nəsil, bilin, bu əsəri biz özümüz yazmamışıq ha, onun dəstəsindəki aşıqlar belə söyləyiblər». Bunu anlamamaq üçün ən azı sadəlövh olmaq və sovet nağıllarına inanmaq gərəkdir. Sovetin son illərində nəhayət ki, dastanın yuxarıda haşiyədə xatırlatdığım «Qatır Məmməd» adlı nəşr variantı işlənib-hazırlanmışdır. Deyildiyinə görə, Zahid Xəlil bu dastandan, necə deyərlər, təsirlənərək və ilhamlanaraq eyni adlı pyes də yazıb-yaratmışdır.
Araşdırmaçı P.Əfəndiyev dastanın Azərbaycanın Gəncə bölgəsində sovet hakimiyyətinin qurulması uğrunda gedən inqilabi mübarizədən bəhs etdiyini söyləyir və qeyd edir ki, «burada xalqın mübarizəsi həm xarici – türk, ingilis işğalçılarına, həm də yerli bəy və hakimlərə, müsavatçılara qarşı aparılmışdır». Bundan sonra o, Qatır Məmmədin həyat tarixçəsinin ayrı-ayrı yerlərinə toxunub onun «1917-1919-cu illərdə böyük qəhrəmanlıqlar göstərməsi»ndən danışır. Bu qəhrəmanlıqların nədən ibarət olduğunu bir anlığa təsəvvür etsək, görərik ki, özünə Qatır ləqəbi götürmüş bu adam rus şovinizminə daima rəşadətlə duruş gətirən, hər zaman milli-istiqlal mübarizəmizin ön sıralarında yer alan Gəncəbasar əhlinə və əsasən də onların əsilzadə təbəqəsi olan Gəncə bəylərinə qarşı xüsusi amansızlığı ilə seçilmişdir. İri torpaq sahibləri hesab olunan Zülqədərovun, Məmmədxanbəyovun, Adıgözəlovun və başqalarının mülklərini dağıdıb viran qoymuş, yerli bəylərdən sayılıb-seçilənlərini güllələmiş, başına özü kimi beş-on quldur yığıb yol kəsmiş, adam öldürmüş, erməni və ruslarla oturub-durmuş, onu öz anti-türk əməllərində bir alətə çevirmiş erməni daşnakı Şaumyanın və digər rus bolşeviklərinin ismarıclarını sözsüz yerinə yetirmişdir. Azərbaycan Sovet Ensiklopediyasının (ASE) III cildində onun haqqında yazılan məqalədə Qatır Məmmədin bilavasitə «Bakı komissarları» adı ilə tanınan vəhşi və talançı qaragüruhdan təlimatlar alması açıq bir şəkildə qeyd olunur.
Müsavat hökümətinə və onun yaratdığı orduya ziyan vurmaq üçün Qatır Məmməd ölkənin paytaxtı ilə qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarmış, Bakı-Gəncə dəmiryolunu partlatmışdır ki, Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan ordusu Qarabağ, Zəngəzur, Göyçə və Gəncəbasar bölgələrində soyqırıma məruz qalmış köməksiz Azərbaycan türkünü erməni-rus vəhşiliyindən qurtarmaq üçün həmin tərəfə hərəkət edə bilməsin.
Bu insan nə Azərbaycan türkünü erməni-rus-ingilis fitnəsindən qorumaq üçün bir iş görüb, nə erməni daşnaklarına, rus ordusuna bir güllə atıb, nə də milli barışıq yolunda hansısa cəhd göstərib. Bu adamın atdığı bütün addımlar sütunları kövrək, özü isə arxasız olan gənc Azərbaycan Cumhuriyyətinin yıxılmasına, çökdürülməsinə, onsuz da başı fəlakətlərdən və bəlalardan ayılmayan Azərbaycan türkünün yeni-yeni faciələrə düçar olmasına xidmət etmişdir. Təəccüblü deyil ki, dastanda əsas qollar (hekayətlər) kimi «Qatır Məmmədin telefon, teleqraf xəttini kəsməsi və neft kəmərini partlatması» (?), «Şaumyan və Əzizbəyovla görüş», «Mülkədar torpaqlarının zəbt edilməsi», «Partizanların məhkəməsi» başlıqları təqdim olunur və dastanda ümumiyyətlə əlliyə yaxın belə hissələr olduğu bildirilir.
Bu gün heç bir çətinlik çəkmədən, elə təkcə yuxarıdakı faktları xatırlamaqla deyə bilərik: Azərbaycan türkünün Vətənin istiqlalı uğrunda çarpışan igid-igid övladlarını xaincəsinə arxadan vurmuş bu adam sözügedən dövr tariximizdə qara ləkədir! Maraqlıdır, bəs bu məxluq, onun gördüyü nadürüst əməllər dastanda necə təsvir olunur? Bunu əyani surətdə görmək üçün bir-iki şerin məzmununa nəzər salmaq da kifayət edir.
Yardı düşmən ürəyini,
Tökdü sel kimi qanı.
Qovdu tez eldən-obadan,
Osmanlını, bəyi, xanı.
Bir zabiti atdan saldı,
Bilinmədi adı, sanı.
Güllə döşündən dəyəndə
Tülkü kimi çıxdı canı.
Top-tüfəngi yerə atıb
Yalvardı düşmən Məmmədə...
Tökdü sel kimi qanı.
Qovdu tez eldən-obadan,
Osmanlını, bəyi, xanı.
Bir zabiti atdan saldı,
Bilinmədi adı, sanı.
Güllə döşündən dəyəndə
Tülkü kimi çıxdı canı.
Top-tüfəngi yerə atıb
Yalvardı düşmən Məmmədə...
Bu cür şerlərin sayı dastanda bəs deyincədir. Hətta bunların yazılmasında xalq ədəbiyyatımızın incilərindən, xüsusən də, «Koroğlu» dastanının müxtəlif elementlərindən də gen-bol istifadə olunmuşdur. Daha bir şerdən bir bəndə nəzər salaq.
Məmməd baş əyməz fələyə,
Qan qusdurar xana, bəyə,
Gələndə kəllə-kəlləyə
İgid qoç gərək, qoç gərək...
Qan qusdurar xana, bəyə,
Gələndə kəllə-kəlləyə
İgid qoç gərək, qoç gərək...
Dədələrimiz əbəs yerə deməyiblər ki, «dostunu göstər, sənin necə adam olduğunu söyləyim». Qatır Məmmədin dostları və silahdaşları, dastandan da göründüyü kimi, Kolya, Volodya, Arşak, Qoç Hambarsum (?), Hayk və digərləridir.
Dastançılarımız bu əsərdə ən azı Qatır Məmmədi reklam etdikləri qədər onun yuxarıda adı çəkilən erməni, rus və digər millətlərdən olan silahdaşlarını vəsf etmiş, onları dürlü-dürlü epitetlərə qərq etmiş, tərifləyib göylərə qaldırmışlar. Bu barədə dastanda yer almış dörd bəndlik daha bir şeri Azərbaycan oxucusuna təqdim etmək istərdim.
Məmməd ilə Kolya çəkir planı,
Qoç Ələsgər tez haqlayır qalanı,
Volodyanın açılanda naqanı
Deşib keçir lap döşünü bəylərin.
Qoç Ələsgər tez haqlayır qalanı,
Volodyanın açılanda naqanı
Deşib keçir lap döşünü bəylərin.
İsfəndiyar Məmmədindi sağ əli,
Yüksək olur Arşakın hər əməli,
Lap kökündən uçur zülmün təməli,
Atır bu gün xalq daşını bəylərin.
Yüksək olur Arşakın hər əməli,
Lap kökündən uçur zülmün təməli,
Atır bu gün xalq daşını bəylərin.
Dəli Qara nərə çəkir nər kimi,
Qoç Hambarsum güllə atır ər kimi,
Noxtalayıb düşmənləri xər kimi
Cilovlayır on beşini bəylərin.
Qoç Hambarsum güllə atır ər kimi,
Noxtalayıb düşmənləri xər kimi
Cilovlayır on beşini bəylərin.
Yapon Tapdıq baxmır hərzə-hədyana,
Mərd Hüseyn aman vermir düşmana.
Babayan da güllə səpir hər yana,
Nəbi tökür göz yaşını bəylərin.
Mərd Hüseyn aman vermir düşmana.
Babayan da güllə səpir hər yana,
Nəbi tökür göz yaşını bəylərin.
İzaha ehtiyac yoxdur. «Qatır Məmməd» dastanı bütövlükdə millətimizin dünəninə, bu gününə, sabahına edilmiş bir sui-qəsddir.
Комментариев нет:
Отправить комментарий