17.04.2011

Sionist rejim Bakı ilə silah müqaviləsi bağlamaqda məqsəd güdür


Sionist rejimin AR ilə silah müqaviləsi bağlamaqda məqsədi Azərbaycan Respublikasından İrana qarşı istifadə etməkdir

Əl-Yəum əl-Ərəb ərəb dilli qəzet son zamanlar Haarets qəzeti tərəfindən ifşa olunan Bakı ilə Təl-Əvivin gizli silah müqaviləsi barəsində yazır: Sionist rejimin AR ilə silah müqaviləsi bağlamaqda məqsədi Azərbaycan Respublikasından İrana qarşı istifadə etməkdir.
Bu məlumatda qeyd olunur ki, İsrail rejimi və Azərbaycan Respublikası bir neçə yüz milyon dollar həcmində silah satışı ilə əlaqədar müqavilələr imzalayıblar. İsrail rejimi çalışır ki, İran ilə uzun sərhədlərə malik Azərbaycan Respublikası ilə öz müttəfiqliyini qorusun.
Əl-Yəum əl-Ərəb əlavə edir ki, sionist rejim və Azərbaycan Respublikası habelə pilotsuz kiçik təyyarələrin düzəldilməsi üçün birgə layihə sahəsində anlaşma imzalayıblar. Bu şərikliyin 51% İsrail hərbi sənayesi şirkətinin ixtiyarındadır.
Bu məlumata əsasən Azərbaycan Respublikası sionist rejim şirkətləri, o cümlədən Sultam, minaatan istehsal edən, minaatan platforma və əlaqə vasitələri istehsal edən şirkətlərlə silah müqavilələri imzalayıb.
Sionist rejim AR ilə imzalanmış müqavilələrə əsasən, Azərbaycan Respublikası hökumətinə bu silahdan Dağlıq Qarabağ münaqişəsində istifadə etməmək və bu münaqişənin sülh yolu ilə həllinə sadiq qalmağı lazımi edib.

Комментариев нет:

Отправить комментарий