17.04.2011

Sionistpərəst ATV kanalı İrana qarşı yeni fənd işlədir


Azərbaycan Respublikasında sionist rejimin mövqelərini təbliğ etməkdə məşhur olan bu ölkənin ATV kanalı İrana qarşı təbliğatların davamında yalandan bir erməni rejissordan nəql etməklə ermənilərin "soyqırımı" barəsində İran televiziyasında filmin yayımlanmasını iddia edib.
ATV kanalı ermənipərəst xəbər cərəyanları ilə birlikdə erməni kino-rejissor Tiqran Hizmalyana istinadən iddia edib ki, türklər tərəfindən ermənilərin 24 aprel "soyqırımı" barəsində İrandan xaricdə çəkilən film İran televiziyasında yayımlanıb. Bu elə bir şəraitdədir ki, belə bir məsələ İranın rəsmi mənbələrində təsdiqlənməyib.
ATV kanalı habelə parlamentdə azlıq təşkil edən ermənilərin iki millət vəkilini İran ermənilərinin mərasimlərində iştirak etməsini İran parlamentinin əksəriyyət millət vəkillərinin iştirakı kimi sayıb.
İrana qarşı Azərbaycan Respublikasının anti-erməni hisslərindən yararlanmaq üçün ATV telekanalının səyi elə bir şəraitdədir ki, ötən 26 fevralda və Azərbaycan Respublikasında dəhşətli Xocalı faciəsinin 19-cu ildönümündə Beynəlxalq Səhər kanalı və Azərbaycan Respublikasının bəzi telekanallarının bu faciə qurbanlarının xatirəsinə həsr olunmuş film və proqramlar yayımladığı bir halda ATV kanalı anti-iranlı və anti-azərbaycanlı "300" filmini yayımladı.
Sionistpərəst Varner Kompaniyası tərəfindən çəkilmiş "300" filmində Əhəmənilər dövrünün tarixi təhrif olunmaqla yanaşı İran xalqından əlavə Əhəmənilərin imperatorluğunun bir hissəsi olan Azərbaycan xalqına da hörmətsizlik olunmuşdur.
ATV kanalı ötən dekabr və bəzi Qərb nəşriyyatlarının Azərbaycan Respublikası hökumətinə qarşı qaralamaları ilə yanaşı ekspertlər tərəfindən qəsdən adlandırılan təhqiramiz bir hərəkətdə Azərbaycan Respublikası prezidentinin 31 dekabr müraciəti ilə bağlı yayımından öncə bir rəqqasənin görüntüsünü, prezidentin müraciətindən dərhal sonra isə Qərbin gülünc animasiya şəxsiyyəti Şreki yayımladı.
Qeyd etmək lazımdır ki, ATV kanalı Azərbaycan Respublikasının ümumi fikrində Sionist rejimin bu ölkədəki qeyri-rəsmi telekanalı kimi tanınır. Belə ki, bu telekanal bayağı, pornoqrafik, utandırıcı, habelə sionizm təfəkkürlərinin təbliğində öncül olmuşdur.
Qəzzə zolağına qarşı 22 günlük müharibə zamanı sionist rejim tərəfindən yüzlərlə fələstinli qadın və uşağın şəhid olması ilə əlaqədar xəbərləri senzura edən bu telekanal Sionist rejimin mövqelərini əks etdirirdi. Ötən il oktyabr ayının ortalarında da Sionist rejimin xarici işlər naziri və bu rejimin nazirlər kabinetinin ən ifratçı siması Aviqdor Libermanın tanıtdırılması üçün geniş bir proqram hazırlayaraq yayımladı.
İctimai tənqidlərdən əlavə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası ötən ilki hesabatında bu kanalı Azərbaycan Respublikasının ən əxlaqsız kanalı adlandırıb. Belə ki, bu kanalın proqramlarının 32%-i Azərbaycan Respublikasının milli-mənəvi dəyərləri ilə açıq-aşkar ziddiyyətdədir.
Azərbaycan Respublikası mətbuatının məlumatına əsasən, ötən yanvar ayında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin araşdırması da müəyyənləşdirdi ki, ATV kanalı Karolina Valiant kimi bəzi şirkətlərlə birlikdə bəzi məhsulların keyfiyyəti barəsində yalan və aldadıcı reklamlar verməklə məşğul olur və bu vasitə ilə milyonlarla dollar gəlir əldə edib.
Son aylar ərzində Bakının bəzi xəbər mənbələrində ATV kanalının rəhbəri Tağı İbrahimovun vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar xəbərin yayılmasına baxmayaraq, deyilənlərə görə sionist rejimin təzyiqi ilə bu məsələ reallaşmayacaq. 

Комментариев нет:

Отправить комментарий