26.01.2013

Belə sakit dayanmağıma baxma

Aytən Nəsibbəyli

Belə sakit dayanmağıma baxma
Sən ki üzüm şərabının
süfrəyə necə gəldiyini bilirsən.
Ayaqlar altından nəşəli mədələrə.

Gəl zamana çox inanma.
Bilirsən hər dərman
istədiyini vermir biçarə xəstəyə.
Ona boş portmanat,
sənə saman qalır ən sonunda.
İstəsən “zamandan töhfə” deyək buna da.


O samanı əyninə biç.
Kəs, doğra, ümid yarat.
Geyin gözlərinə, qollarına.
Gözlə düşməsin gözlərindən ümidin.
Gözünə girən “sehirli çubuğun” kimi
ziyanı xeyrindən çox olmasın.
Nəbadə!

Комментариев нет:

Отправить комментарий