27.01.2013

İran mətbuatı gənc yazar Günel Eyvazlı haqda yazdı

“Mən başı örtüklü, bədəni bürünmüş İran qadınına qibtə edirəm. Təki bu üryan şəraitdə səndə olan qədər azadlığım və rahatlığım olardı”.

Səhər telekanalı internet saytının məlumatına görə, Birlik saytında “İran qadınına qibtə edirəm” sərlövhəli məqaləsində Günel Eyvazlı əlavə edib : “3 il bundan öncə İran İslam Respublikasında oldum. Bir Azərbaycanlı kimi gözəl şəhərimiz Təbrizdə olmaq mənə qismət olmadı. Əsas gedəcəyim yer, Məşhəd ziyarəti idi. Kərəc, Şəhriyar, Tehran şəhərlərində oldum. Məişətlərini, həyat tərzlərini həm Azərbaycanlı, həm də yaradıcı baxışla sezdim”.

Müəllif əlavə edib : “İran qadını azaddır. Həm ailədə, həm də cəmiyyətdə. Sözün həqiqi mənasında XANIMDIR. Ehtiyacsız, hörmətlə, izzətlə yaşayır. İşləyir, təhsil alır, sözü keçır. Biz Azəri qadınları isə cəmiyyətin şillə-qapazını yeməkdən cana yığılmışıq. Dünyəvi dəyərlər üzərində qurulan dövlətdə rahat yaşaya bilmirik. Gəlin cəfəngiyata aldanmayaq, gender bərabərliyindən söz belə gedə bilməz.”
Müəllif əlavə edib : “İndi də öz mənafeyiniz üçün üryan edirsiniz Azərbaycan qadınını. Qadını internet xəbərlərində, reklam bloklarında, küçədə, nə bilim harada-harada görəndə xəcalət çəkirəm. Qadına azad deyib soyundurublar. Mən bürünməyin tərəfində deyiləm, amma, soyunmağı da qəbul edə bilmirəm”.

azeri.sahartv.ir

Комментариев нет:

Отправить комментарий