26.01.2013

Yalan danış

Gunel TREU

Baş qoyum dizin üstə,
Saçlarıma sığal çək.
Mənim kimi birisi
Ömrünə gəlməyəcək.

Mənə sevgidən danış,
Yalan danış, razıyam.
Aldanıb, için-için
Sinən üstə uyuyam.

İslansın yaxan-başın
Ağlayım həzin-həzin.
Batağ günah selinə,
Bizi kimsə bilməsin.
Hardan üz-üzə gəldik
Harda, biz başıdaşlı?
Sən sevgisi tükənmiş,
Mənsə yaşından yaşlı.

Yıxılaram, əzizim
Sənsiz ciyərim yanar.
Sənin yanından başqa
Ovunan yerimmi var?

Комментариев нет:

Отправить комментарий