07.06.2013

URMUNUN HÜZÜN BƏDİZİ

Xosrov Barışan

Eləbil bir hüzün bədiziydi..!
Gəl-getlərin ortasında
Öz yalqızlığını qucaqlamış
Bir dişi kədər,
Yağış sırğalı gözəl.
Çatılmaz yüklü arzı buludları
Başında uçurdu,
Və gerçəyin qovra haylı quşları
Heykəlinə sıçırdı!
Bu qaranlıq-qan çökkələrlə
Gözlərində yaş damcılarını sayanmazdım!
Toxunsaydım; boğulardım, bilirəm.

Belə bir yuxu-qalaqdaysa
Gülüşünü istədim, vaa...ay
Allah bəlamı versin, güldü...
Söküldü bənizi
Bir paradoks dənizi...
Elə bir öpdüm ki...
Yıxıldı internetdə kiçik dünya kəndi!!!

Eləbil öz içini qapadan bir qapıydı!
Bütün sevgilərə bakirə bir dişi.
Sevişməmiz uzaqlıqiydi, seksimiz ıraqlıq..!
Zaman bir qəbir qazan
Yaşadıqca özünü quylayırdı!

Eləbil kəşf edilməmiş bir adaydı,
Ya da ki bütün nəxşələrdən adını silmişdi!!!
Aramızdaki körpü
Qurutmuşdu
Hər ikimizi də!
İnterpol belə tapanmazdı
Gizli-aydın sevdamızı.
Yorqundum şəpəsizlikdən
Oturub gözlərinin qəhvəsini içdim.

Eləbil lüləsi tutuq bir tüfəngiydi,
Ərkək əlində tutsaq...
Qəhər güllə kimi
Boğazını biçməkdə..,
Və hər an
Öz gözyaşını içməkdə...
Buraxıb getmə, nolar...
Sevirəm səni
Ey yar dedim;
Ağladı...
Ağladı...
Ağladı...
⎕⎕⎕
Səsin məsumiyət müzəsi,
Açarı itmiş bir qapıdır sözlərin.
Ağlama ay qız...
Əvədir dədənin yalnışları.
Mən Təbrizin qaragiləsi;
Bir caddə var ki onda
Qorxuram
Ölümün tovundan..!
Sən Urmunun alagiləsi;
Tərpən...
Silkələn...
Dalqalan...
Bütün qıfılları aç.
Bu şeir bir mahnı
Bu mahnı bir açar
Naçarlığıva...
------------------------------------------------------------------------------
Bədiz: Heykəl, Mücəssəmə. 

Комментариев нет:

Отправить комментарий