07.06.2013

Gecənin pıçıltıları

Aydın Xan Əbilov

Dostlar və sevdiklərimdən küsüşən anların notları...

Gecə
hirsli vaxtımda
qanımın rəngi kimi qara...

Necə
nur axtarım
zülmətlərdə mən indi...

Bircə
sevgi yolunda
sona qədər getməli...


Sizcə
insan doğuluşdan
Qaranlıqa can atmırmı?..

Təkcə
dostuna arxalanma
dostluğun sonu pərişanlıqdı...

Kirimişcə
ağuşuma sığınan
mələkin üstündəki şeytanam...

Məncə
sevgi Tanrının
insanla məzələndiyi oyun...

Gecəni qucaqlayıb ağrıyıram...

Gecə sakinləri, məxsüsi G.-dan ötrü və Şairlər Gününə həsr edilir... 

Bu gecə,
təkcə mənəm,
bir də polislər -
şəhəri gəzən...

Başdan-ayağa
arayırıq, axtarırıq
qaranlıq gecəyə
sarınmış bu şəhəri...

Polislər cinayətkarı,
Mənsə sevənimi
axtarırıq elə hey,
gecənin zülmətində...

Cinayətkar qanunu,
sevənimsə ruhumu
əzəldən pozmuş,
gecəsə onları gizləyir...

Elə həyatımızın
mənası da, məğzi də,
axtarışdır: arayırıq ki,
gecəyə dönməməkçün...

Комментариев нет:

Отправить комментарий