01.07.2013

Kənd həyatı

Mərdan Əzimov

Kənd həyatı dedikdə kimlərinsə ağlına dağlar, gur axan şəlalələr, çay,meşə, bağ-bağat, qoyun, inək, at, eşşək  və bunlar kimi könül açıcı mənzərələr gəlir.
Məndə indi kənd həyatı deyirəm və hamınızdan bir-bir xahiş edirəm ki, yuxarıda sadaladıqlarımı təsəvvür etməyin. Sadəcə şəhərin məşhur olmayan küçələrini təsəvvür edin, göydələn deyil, həyət evi düşünün,  qoyun-inək, at-eşşək deyil, toyuq fikirləşin, şəlalə deyil elektriklə çalışan su matoru canlandırın əqlinizdə. Təkcə çaylarını düşünün, onu da gur axan, qızılı rəng deyil az sulu, qurumuşdur.
Amma əvvəllər axmış suyun izi qalmış, həmdə zibilli... Hə, birdə pis qoxulu. Meşələri olmaz, bəlkə də hardasa, hansı kənddəsə olar, amma mən bu 19 ilimdə kəndimizdə meşə görmədim. Çoxluca tut ağacı, söyüd ağaçı gördüm.
Sabahlarını avtomobil səsi ilə deyil, olsa-olsa bülbül səsilə oyanarsınız. Hər yan doğma olar,uçan quşun, oxuyan bülbülün səsi belə... Gündüzləri darıxdırıcı olar, məşğuliyyətsiz keçər, amma sakitcəsinə. Heç bir sıxıntın olmaz. Mən şəhərdən çox kəndə üstünlük verirəm. Kənd həyatı başqadı, hamı bir-birini tanıyır. Hər kəs bir-birin bilir. Heç kəs bir kəsdən gizlin iş görməz. Hər şey göz qarşısında olar. Birdə böyük şəhərlər kimi elindən, obasından, kəndindən didərgin düşmüşlər olmazlar kənddə. Müasirlik olmasa da, arxa-dayaq olmaq var.

Комментариев нет:

Отправить комментарий