04.07.2013

Pərviz Quluzadə - Gözlərinin xətrinə


Həsrətindən dən düşübdür tellərə,
Məhəbbətim car çəkibdir ellərə.
Yox demişəm neçə-neçə gözlərə,
İnan sənin gözlərinin xətrinə.

Tanrı vermiş o gözləri hədiyyə,
Öldürürsən səndə məni nə deyə.
Qarşindayam,gəldim sənə səcdəyə,
İnan sənin gözlərinin xətrinə.

Bulaq təki çaglayaram,daşaram,
Yaz seli tək haray çəkib coşaram.
Neçə nəgmə,neçə dastan qoşaram,
İnan sənin gözlərinin xətrinə.


İstə verim ulduzlardan pay sənə,
Qurban olsun gunəş sənə,ay sənə,
Qiyamadim bir gözəli tay sənə,
İnan sənin gözlərinin xətrinə.

Yox xəbərim nə yalandan,günahdan,
Ümid gəlmir hər açilan sabahdan.
Köç deyərsən, Pərviz köçər həyatdan,
İnan sənin gözlərinin xətrinə.
Təkcə sənin gözlərinin xətrinə..

Комментариев нет:

Отправить комментарий