Günay Səma Şirvan
Çoxdan, lap çoxdan, əslində hələ qayğısız olduğunu bilmədiyim qayğılı illərimdə oxumuşdum ki, "KİMLƏRƏSƏ TARİX OLAN, KİMİN ÜÇÜNSƏ TALEDİR. Vaxt və zaman kəsiyi, hardasa, BAXTIN müəyyənləşdiricisidir." Elə həmin illərdə “əsarət”ində olduğum Lev Tolstoy da deyirdi: "Hamımız itirdiyimiz, ya da çata bilmədiyimiz hər şey üçün zamanı günahlandırırıq. Halbuki, unutma ki, zaman danışacaq olsa, hamımız utanarıq".
Vaxtın tərsinə axdığı, donduğu bir dövrdə, qeyrətli ziyalılarının “pantürkizm” damğası ilə gedər-gəlməzə göndərən Sovetlər Birliyinin ideologiya maşınına,
özünəməxsus ram etmə mexanizminə xidmət edən “sapı özümüzdən olanlardan” birisi görkəmli akademik Həmid Araslıya yaxınlaşıb deyir:
-Həmid müəllim, niyə türk dilində yazıb-yaratmayaq ki? Axı, türk dili çox zəngin, zəngin olduğu qədər də incə bir dildir. Məsələn, biz eşşəyə eşşək deyirik, türklər isə "eşək" deyirlər. Bir “Ş” hərfi ilə. Bizdə isə iki “Ş” ilə deyilir.”
Həmid Araslı qarşısındakının alçaq niyyətini anlayır və müdrik tərzdə cavab verir.
-Bala, bizim aramızda elə eşşəklər var ki, iki “Ş” da azdır, gərək onlara" Eşşşşşək! " -deyək.
Bu xatirəni oxuyanda, fikrimə ilk gələn"- Olaylara, olanlara qurluşmu günahkardır, insanlarmı?"- sualı oldu. Çünki bu gün Sovet höküməti yoxsa da, "eşşək"-"eşək" kimi "dərin fəlsəfi-ideoloji-qlobal" suallarla insanları şərləyib, dolaşdırıb, ömrünü yemək istəyənlər bolluğunda yaşayırıq. Qonşusuna gecə qonaq gələndə də “Qaynar xətt”ə zəng edib "dom Feyzullı bomba prinesli" xəbərdarlığı etməyi unutmayan adamların insan taleyi ilə alver edən bir məkana çevrilir “əcdadımızın mədfəni” .
Yaşamaq çətinləşdikcə, bir-birini "al-qana qərq etməkdən" şərəf duyan, heyvani instiklə "Allaha Pənah" həyat sürən, manqurtlaşan kütləyə dönür “övladımızın məskəni”. Oysa, bizi, "İnsan yaradılanların əşrəfidir"-deyə tərbiyə edirdilər. Bəlkə, bu üzdən bir qrupumuz da, beləcə, nitqi qurumuş halda baxır, nə baş verdiyini anlamağa çalışırıq?!? Qələmə sarılıb, ictimai proseslərə, intiharlara, özünü yandırmalara, mənəvi ölümün fiziki ölümdən daha dəhşətli olmasına diqqət çəkib, problemləri üst müstəviyə gətirmək istəyirik?!
İndi bütün dünyada son dövrlərin siyasi boyalarına bir neçə rəng də qatılıb: dini, milli ayrıseçkilik salmaq və bununla da fikirləri əsas dövlətçilik məsələlərindən yayındırmaq, sosial- iqtisadi problemləri pərdələmək, bəzən dirçələn dövlətləri çökdürmək və s. Əslində, tarixin heç bir qatında dar ağacları, məhbəslər, autodafe qərarlar zəkalı insanların, fikir adamlarının, düşüncə sahiblərinin yolunu kəsə bilməyib. Dilini, milli varlığınıi itirmək istəməyən bütün xalqlar azadlıq ehtirası ilə yanıblar. İstər hakim, istər müxalif, istər üçüncü tərəf isə, bu gün də unudur ki, sufizmin dili ilə desək, bu dünya bir "dükandır":
Bu dünya yüz min dükandır, həq dükandır, vəli,
Şəhr birdir, kar birdir, asılırsan dar bir.
(Ş.İ.Xətai)
Bu günlərdə sosial şəbəkələrin birində, bir insanın ürəyi Vətən üçün döyündüyü duyulan narahatlıqla dolu belə bir statusuna rastlandı: “Azərbaycanı mən bir gül çələnginə bənzədirəm. Həmən çələngdəki hər bir gülü vətənimizdə yaşayan xalqlara bənzətmək olar. Onların hər birinin öz gözəlliyi, öz təravəti, öz rəngləri var. Gəlin hamılıqla həmən gülləri solmağa qoymayaq.” Buradakı “məzmunu fəğanü naləvü ah”ı açıqlamağa ehtiyac yoxdu. Gələcəyin, keçmişin dəyərləndiricisi olacağına görə, Gələcək naminə Azərbaycanımızı olduğu kimi sevməliyik. “Millət” və “milətçilik” anlayışları ayrı-ayrı məfhumlar olduğundan onları bir-birinə qarışdırmadan hər bir xalqın yaşam haqqına, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmağı bacarmalıyıq.
Həyatı kimi teatr tamaşasına bənzədir, kimi kinoya. Yaxşı və ya pis oynamasından asılı olmayaraq, bu ”gəlimli –gedimli” dünya adlı səhnədə hər kəsin öz rolu var. Və görünən də o ki, hər iki halda, bu gün cəmiyyətimizdə Aristotel estetikasının təməl daşlarından olan Katarsisə - daxili saflaşma, təmizlənmə, durulaşmaya ehtiyac böyükdür. Yoxsa, Əlahəzrət Vaxt yenə tərsinə axacaq, insanı üstələyəcək.
...Çoxdan, lap çoxdan, əslində hələ qayğısız olduğunu bilmədiyim qayğılı illərimdə oxumuşdum ki, "KİMLƏRƏSƏ TARİX OLAN, KİMİN ÜÇÜNSƏ TALEDİR. Vaxt və zaman kəsiyi, hardasa, BAXTIN müəyyənləşdiricisidir.”

Комментариев нет:
Отправить комментарий