Vasif Əlihüseyn
Bu gün ki, ədəbiyyatımızda ölkəmizin cənub bölgəsində yazıb yaradan istedadlı şair və yazıçılarımız var. Ad çəkməyəcəm. Çünki, ədəbi mühiti izləyən və bu proseslərin içində olanlar bilirlər söhbət kimlərdən gedir. Bayaqdan düşünürəm bu yazarlar içində elə bir qadın yazar xatırlaya bilmirəm. Bilirəm var, amma mən tanımıram. Amma, bu yaxınlarda tanış olduğum bir qadın yazar yaddaşımın qapısını taqqıldadır ki, bəs mən. Məni tanımırsan bəyəm? Axı, bu yaxınlarda səninlə görüşdük və ötən il işıq üzü görən “Bu sevgidən nə qalacaq görəsən...” kitabımı hədiyyə etdim sənə.
Söhbətin kimdən getdiyi artıq bir çoxlarınıza məlum oldu. Xatirə Xatunu deyirəm. Onu da vurğulayım ki, kitaba şair-publisist Elçin Mirzəbəyli çox maraqlı bir ön söz yazıb. Xatirə xanımla tanışlığımızın heç bir aylıq ömrü yoxdu. Onunla tanışlığm mən Lənkəran şəhərində CTV kanalında qonaq olmağımdan sonra baş tutdu. Sevindim. Hələ də qadınların yaradıcılığını, inkişafını həzm edə bilməyən cənub bölgəsində bu ümumilikdə bütün qadınların uğurudu. Onu da deyim ki, Xatirə xanım yazar olmağıyla bərabər həm ana, həm də müəllimədir. Məncə bir qadının həm ailəyə, həm müəllimlik fəaliyyətinə vaxt ayırmasıyla bərabər, həm də yaradıcılıqla məşğul olmasındakı çətinlikləri təsəvvür etmək elə də çətin olmaz.
Ona görə də Xatirə xanımın yaradıcılığı ilə tanış olanda, qadın azadlığı, qadın hüququ deyərdim buna, asan gözə çarpır. Xatirə xanımın şair N.Kəsəmənlinin “Dörd divar arasında tək qadınlar ağlayır...” adlı şeirinə yazdığı nəzirə də mən düşünürəm ki, buradan irəli gəlir:
Saçının sığalı yox, dodağının öpüşü,
Yarımçıqdı, sönükdü qəhqəhəsi, gülüşü,
Bağlıdı qəlb qapısı-yox çıxışı, girişi,
Bir ölən məhəbbətin matəmini saxlayar-
“Dörd divar arasında tək qadınlar ağlayar...”
Viran olub könlünün cah-cəlallı sarayı,
Kimsə duymaz içində üsyan edən harayı,
Buz kimi soyuq yataq, bir də oyuncaq ayı...
Yanındakı sahibsiz yastığı qucaqlayar

Bu misralardan sonra, ədəbiyyatda qadın şeiri deyəndə, Xatirə xanımın da adını o sırada xüsusi vurğulamaq olar. Bir neçə qadın yazarlar öz hiss və duyğularını etiraf etməkdən qaçaraq şeirlərində kişi yazarların şeirlərini kopyasını yazsa da, Xatirə xanım şeirlərində məhz qadın hissini, qadın ağrı-acısını ortaya qoyub. Başqalarını bilmirəm, mən qadın yazarların şeirlərini oxuyanda, eşitmək istədiyim məhz bunlardır.
Xatirə xanımın sevgi şeirlərində də maraqlı nüanslar və təzə fikirlər var. Onun “Əllərim əlinə vurulub” şeirindəki:
Bəlkə də hər şeyi unutmaq olar,
Hər nə var üstündən çəkərəm qələm.
Gözlərim bulud tək boşalar, dolar,
Səni özgəsiylə görsəm, dözmərəm.
Burda da müəllif oxucunu dolaşığa sala bilib. Bu şeirdə artıq müəllifin hansı cinsin nümayəndəsi olmasından söhbət gedə bilməz. Bu şeir hər iki, qadın və kişi cinsi tərəfindən ünvanlanan qısqanclıq hissidi. Belə şeirlər müəllifin yaradıcılığında xüsusi yer tutur və bu şeirlərdən çoxunun adını çəkmək olar.
Xatirə xanımın şeirlərində ünvanlı şeirlərdə var. Onlardan birinin adını çəkmək istəyirəm. Anası Lətifə xanıma yazdığı “Özünü düşün” şeirindəki;
Namus devinizindi, həya şüarın,
Yaşadın bir ömrü təmiz, ismətli.
Sən yaxşı bilirdin cavan dulların,
Dalı qeybətlidi, üzü töhmətli.
Müəllif burda da cəmiyyətin ərini itirmiş qadına qarşı münasibətini tam səmimiyyətiylə ortaya qoya bilib. Sonda isə, anasına maraqalı bir təsəlli verir;
Əzablı günlərin bitdi, ay ana,
Daha çatılmasın qaşın bizimçün.
Bizi düşündüyün yetdi, ay ana,
Bir az da özünü düşün bizimçün.
Bu bəndə də müəllif, ömrünü, gününü övladlarına həsr etmiş ananın sonda, bir az da özü üçün yaşamasından söz açır.
Kitabda vətənpərvərlik mövzusundakı şeirlərində fikirlər təkrarolunmazdır. Müəllifin qələmə aldığı “Şuşanın dağları başı dumanlı” şeirində;
“Şuşanın dağları başı dumanlı”,
Qəlbimizdə ağrı, dilimizdə ah.
Geri qayıtmağa yoxdu günahı,
Kiminin boynunda bu boyda günah?
Bu da müəllifin vətən mövzusunda qələmə aldığı şeirlərindən biridi. Onu da xatırladım ki, Xatirə xanım müasir Azərbaycan poeziyasında hər qadın şairin cəsarət etmədiyi bir janra-əruz vəzninə də müraciət edib.Ərsəyə gətirdiyi bir neçə illik zəhmətinin bəhrəsi olan bu ilk kitabında qəzəlləri və təxmisləri ilə də özünü təsdiq edə bilib.Onun “Elədin” rədifi qəzəlindəki beytlərdən birinə nəzər salaq.
Siz tərəfdə beləmi əhdə vəfa göstərilir?
Sirrimi cümlə bütün aləmə izhar elədin.
Müəllifin “Olasan” rədifli qəzəlindəki məqtə beytində də qəzəli özünəməxsus bitirməyi var;
Səni Xatun elə zənn etmə ki, əhv eyləyəcək,
Dolanıb başına yüz yol ona qurban olasan.
Sonda, məndən yaşca böyük olan, ədəbiyyata öz qanı və canıyla bağlı olan Xatirə xanıma, başqa sözlə, dostlarının sevə-sevə "Cənubun Xatunu" deyə çağırdıqları XATİRƏ XATUNA yaradıcılıq uğurları və Allahdan uzun ömür, cansağlığı diləyirəm.

Комментариев нет:
Отправить комментарий