15.12.2010

Əcnəbilər başımızda turp əkirlər

Zaur Ağalaroğlu
Professional Oxucu Liqası

 Doğma vətənimizdə əcnəbilər öz işçiləri olan həmvətənlərimizə necə yanaşırlar? Rayonlarda şirkət, müəssisə sahibi olan bu adamların öz qanunları var. Belə müəssisələrdən biri də Azərbycanda fəaliyyət göstərən «Qafqaz trans» servisin Astara filialıdır.
 «Qayqaztrans» xaricilərə məxsusdur. Deyirlər ki, bu müəssisəyə xarici iş adamı Abdulbari Qozal başçılıq edir. Onun mərkəzi idarəsi Abşeron rayonunun Zirə qəsəbəsinin Dübəndi deyilən ərazisində yerləşir. Milliyyətcə kürd olan Abdulbari Qozalın cənub bölgəsində çoxlu müəssisə, torpaqları var. Demək olar ki, Azərbaycanda söz sahibidir. Cənub bölgəsində onun bir sözünü iki edən olmayıb.
 Adını çəkdiyimiz filial Əfqanıstana, İrana yanacaq daşımaqla məşğuldur. «Qafqaztrans»ın Astarada yüzlərlə maşını var. Bu qoşqulu maşınlar özləri ilə 20-25 ton yanacaq aparırlar. Burda işləyən sürücülərlə heç bir müqavilə bağlanmır. Sürdükləri maşın və yanacaq onlara təhkim olunur. Hər hansı bir qəza baş verəndə, bütün məsuliyyət sürücünün öhdəsinə düşür. İraqa gedib-gəlmək üçün azərbaycanlı sürücüyə 100-200 dollar verirlər, əcnəbi sürücülərə isə bundan bir neçə dəfə çox ödəyirlər. Buna baxmayaraq əcnəbi sürücülər yanacaq daşımaqdan imtina edirlər. Burada ancaq azərbaycanlı sürücülər işləyirlər. Sürücülərin dediyinə görə, yanacağı daşımaq təhlükəlidir. Xaricdə belə təhlükəli yükə görə hər kilometr üçün bir dollardan iki dollara qədər vəsait ödənilir.
 Astara şəhərindən olan keçmiş operatorlardan biri deyir ki, burda insanı adam yerinə qoymurlar. Filialın rəhbəri onlar məcbur edirdi ki, çənin içinə girib onu təmizləyək. Çənin içində isə qaz olurdu, burda nəfəs almq mümkün deyildi. Fəhlələr şikəst olurdular. Nəticədə xəstələnib əmək qabiliyyətini itirirdilər. Sıradan çıxanların yerinə yenisini işə götürürdülər. Axı rayonumuzda işsiz çoxdur. Mən bir dəfə rəisə dedim ki, bizə xüsusi geyimlər verin, başımıza da bir şey keçirdək. O isə üstümə qışqırdı ki, çıxıb gedə bilərsən. 
 Digər Astara sakini deyir ki, 350 tonluq çənin içinə girib, buna görə də xəstəliyə tutulub. Uzun müddət xəstəxanada müalicə olunub. Ona iş yerindən heç bir kömək göstərilməyib. Xroniki xəstəliyə tutularaq çətinliklə nəfəs alır. 
 Xarici iş adamları ümumiyyətlə Azərbaycan qanunları ilə hesablaşmırlar. Azərbaycanın müvafiq dövlət və hökümət orqanlarına edilən şikayətlər də səmərə vermir.  

Комментариев нет:

Отправить комментарий