Ülvi Məmmədli
Azərbaycan Müəllimlər İnstitutu
Professional Oxucu Liqası
“Hacının papağı gərək başında olsun”
Ey dadi-bidad! Adam bu dunyanın işlərindən heç cür baş çıxara bilmir. Buna rəğmən gərək bəzi məsələlərə dözəsən. Dözmək deyirsən. Nə qədər dözmək olar? Elə məsələ var ki, yanından öttüb keçmək olar. Amma elə məsələlər vardır ki, onu özünkü hesab edirsən. Həmin məsələlərin yarısı ağlamalı, yarısı da gülməlidir.
Təbiətdə hər şey doqma deyil, yəni dəyişkəndir. Bəlkə də insanın xarasteristikasında həmin məsələlərin motivləridir ki, üzə çıxır. Buna n sayda misallar çəkə bilərik. Bununla da işimiz yoxdur.
Keçək əsas məsələyə. Mən başa büşə bilmirəm necə olur, haca gedəsən, bu qədər dəyişikənliyə məruz qalasan. Dəyişən bir hacıdan danışmaq istəyirəm sizə. Yox deyəsən səhv etdim. Daha doğrusu hacının papağından. Mənə elə gəlir ki, bu zəmanədə hər nə desən olar.
Tələbə vaxtı bir müəllimimiz var idi. Hansı fəndən dərs dediyi qoy sirr qalsın. Bilər, məni yenə də “çerez” dekanatlıq çağırtdırar. Onun dərsində min hoqqadan çıxardıq. Kimi mahnı oxuyar, kimisi də yanındaki qızla “mırtlaşardı”. Amma hərdən bu müəllimin həmin o görünməyən damarı (bunu bizə özü deyərdi) tutardı. Həmin qrupa aid uşaqları dekanatlığa çağırtdırıb hirsini soyuyardı. Dekan da biz tələbələri yaxşıca “hamarlayardı”. Yenə də xeyri olmurdu. Farslar demişkən”çi fayda”.
II kursda oxuyanda dedilər ki, həmin müəllim haca gedir. Atalar yaxşı demiş, söz vaxtına çəkər. Elə bu vaxtlar idi. Gedib gələndən sonra həmin adam tamamilə dəyişdi. Bir sözlə, ağır oturub batman gəlirdi. Ona hacı deməyəndə inciyər, başına qoyduğu papaqla bunu sübüt etməyə çalışırdı. Odur ki onun adının əvvəlinə bir hacı sözü də əlavə olundu. Onu da qeyd edim ki, bu müəllim həm seyid idi, həm də bir az təbi vardı. Yəni Əlizadə Nuri kimi. Ona müraciət edəndə gərək təxminən belə deyəydin: Şair Hacı seyid mir filənkəs ağa .Yarısını özüm ixtisar etdim ki, çox baş ağrıtmasın. Oxucular yəqin məni başa düşər.
Haqqında danışdığım hacı həmin papağı bir müddət başından çıxarmadı. Həmişə deyirdi ki, hacının papağı gərək başında olsun. Digər papaqlar isə günahdır. Allahıma min min şükür edirdim ki, hələ də dini qaydaları layiqincə yerinə yetirən belə hacılarımız vardır. Kaş dilim lal olaydı. Mən nə bilim belə olacaq.
Bir dəfə gördüm həmin müəllim başına rus kepkası qoyub. Dedim ayə, gün hayandan çıxınb? Sanki bədnam ad çıxarmış yəhudi mənşəli Moskva meri Luykov idi. Xoş-beşdən sonra hacıdan bunun səbəbini soruşdum. Dedim ki, deyəsən təğyiri-libas olmusan, bəs köhnə əmmamə hardadır? Dedi ki, hacılar da mövsümə uyğun dəyişir. Bilmirdin? Allah qoysa yay vatı başıma setka papaq da qoyacam. Yəni ki sizin açığınıza!
Məni isə yandıran odur ki, 90 dəqiqə oturasan, bu papaq haqqında müahizirə dinləyəsən. Hər dörd-beş dərsdən bir söhbəti fırladıb həmin papağın üstünə gəlirdi. Oxuduğumuz qrup tələbələrinin həmin papaq bəzən gecələr də yuxularına girirdi. Heyf! Sadəcə kecirdiyim günlərə yazığım gəlir.
Комментариев нет:
Отправить комментарий