10.08.2011

İzelimin şeiri

Aysel Əlizadə


Kəpənəyə döndüm sən doğulandan
Havada yeriməyi öyrəndim.
Daha yuxunu yox,
səninlə
yuxusuz gecələrimi sevdim.
Mən ölənə kimi keşiyini çəkərəm,
ancaq sən də yaşamağı öyrən.
Hər qığıltından xoşbəxtəm,
nə qədər asanmış xoşbəxtlik,
necə yaxınmış...
Yavrum, gözlər əslində necə təmizmiş...
ömrü boyu kimsədə görməsən,
üzülmə,
nə var yığma gözünə,
təmizliyini itirmə.
qoru gözlərini, lütfən, itirmə.
Səni görəndən
qorxuram başqa gözlərdən,
başqa üzlərdən.
Elə şirinsən
dada gəlir
gözümdən düşən dünya da.
Bundan sonra da
nə olacaqsa
sənin üçün olacaq.
Gözlərinçün yaşamağa dəyər!
Sənə qədər
hər şeyə keçmiş olsun.
Balaca yazıçım mənim,
Bundan sonra sən yazırsan məni!

Комментариев нет:

Отправить комментарий