12.08.2011

RUHANİ NARKOTİK İSTİFADƏÇİSİ KİMİ HƏBS EDİLDİ

                                          Həbs edilən İslamçılar MTN-də saxlanılır



Xəbər verdiyimiz kimi dünən axşam saatlarından Azərbaycanın tanınmış ruhanisi Hacı Abgül Süleymanov güc strukturları tərəfindən həbs olunub. Hal-hazırda ölkənin tanınmış ruhanisi Hacı Abgül Süleymanov, İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov və Azərbaycan İslam Partiyasının təşkilatı məsələlər üzrə sədr müavini Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyində saxlanılırlar.

Hacı Abgül Süleymanovun vəkili Anar Qasımov, müvəkkilinin cinayət məcəlləsinə əsasən 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlanıldığını bildirib. İslam-azeri.az

Комментариев нет:

Отправить комментарий