Səlim Babullaoğlu
Qohumluq əsasında yaranan insan birlikləri - qəbilədir.
Azərbaycan- qəbilə qanunlarıyla yaşayan,
idarə olunan demokratik ölkədir.
Pul - əmtəədir, ilkin adıyla sikkədir.
Rüşvət - zəhmətə hikkəli bir şillədir.
Odur ki, ey məmləkət adamları, məni dinləyin:
Rüşvət alan da və verən də, onu mütləq zərfə qoyun:
mədəni, estet və zərif olun;
özünüzü tox tutun, pula bulaşdırmayın gözünüzü,
onu özünüzə qarşı şahidlikdən qorumaq olsun bəraətiniz
və daha çox cibləriniz hiss etsin paraların ağırlığını.
Haqqınızda söz dedizdirin, yazı yazdırın,
ya da özünüz yazın: sizi sizdən yaxşı kim tanıyır ki.
Mərkəzi küçələrdə tez-tez gəzməyə çıxın,
özünüzü özünüzə həqiqi şəhərləri kimi hiss etdirin:
yumruq vurun, tir atın, əsas da tez-tez tüpürün-
vətəni suvarmaq ədəbdəndi.
Ölkənin adını heç vaxt düzgün tələffüz etməyin:
o çox gözəldi, gözə gətirərsiz onu, mütləq “azar”layın,
“zər”ini “zır”la zorlayın.
Tərəzidə mütləq aldadın:
narahat olmayın, etalon uzaqda, Londondadı.
Ləhcəylə danışın:
onda siz mütləq qəhrəmansınız, möhtəşəmsiniz:
yalnız məhlənizdə, kəndinizdə -
dünya onsuz da yepyekə Çindi.
Hüququ boş verin, adətləri sevin.
Ənənələr hüququn əsasıdı.
Əsas adamın balası, ata-anasıdı.
Qalanları ya adam, ya başqasıdı.
Həyatmı mətndi? Mətnmi həyatdı? -
bunları düşünmədən yaşamaq, əlbəttə, asanddı.
Odur ki, heç kitab almayın, olanları da cırıb tullayın:
Elxan demişkən, dönər dünyadan dadlıdı
və ucuzdu, əlbəttə ki.
Qətiyyən ciddi musiqi dinləməyin,
dünya onsuz da səs-küylüdü.
Təskinliyiniz quş səsi olsun,
ya da pişik miyoltusu-
yekə maşınlarınızın təkəri altında qalıb öləndə
və əlbəttə, eşitsəniz.

Комментариев нет:
Отправить комментарий