Kənan Hacı: "Şamo Arifin ucuz yolla özünü yada salmaq cəhdləri atası Süleyman Rəhimovun da ruhunu incidir"
Müsahibimiz tanınmış publisist və ədəbiyyatşünas Kənan Hacıdır. Müasir ədəbiyyatımızda gedən proseslərlə bağlı onun fikirlərini sizlərə təqdim edirik.
- Kənan bəy, ədəbi mühitdə fəal görünən yazarlardan biri də sizsiniz. Sizcə, ədəbi qurumlar ədəbiyyatın inkişafına nə dərəcədə dəstək ola bilirlər? Ədəbi qurumlar dedikdə AYB və AYO-nu nəzərdə tuturam. Onların funksionallığı nədən ibarətdir?
- Bilirsiniz, mən hər şeyə rasionalist yanaşmanın tərəfdarıyam. Adını çəkdiyiniz təşkilatların hər biri ədəbiyyatımızın yaşaması üçün çox işlər görüblər. Bu, danılmazdır. AYB-dən müəyyən narazılıqlar olsa da fakt budur ki, dövlət bu ədəbi təşkilatla hesablaşır və indi yazıçıların üzərinə təqaüd müqabilində hansısa öhdəliklər qoyulmur, ədəbiyyat sovet dövründəki kimi siyasətin yedəyində sürünmür. Sovet dövründə çox ciddi məhdudiyyətlər, qadağalar var idi, hansısa fikri Ezop diliylə senzuradan keçirirdilər. İndi hər kəs istədiyini yazır, çap etdirir, buna görə ona gözün üstə qaşın var, deyən yoxdur.Bu, faktdır. Bu azadlığı da qiymətləndirmək lazımdır. O ki, qaldı AYO-ya, bu təşkilatın yaranmasını da zaman özü diktə elədi və demokratik düşüncəli yazarlar, başda Rasim Qaraca olmaqla ədəbiyyatı birxəttli relsdən xilas etdilər, ədəbiyyata alternativ düşüncəni gətirdilər, cəsarəti gətirdilər və çox böyük iş gördülər. AYO ədəbiyyatda azad düşüncəyə meydan verən yeganə təşkilat idi və bu təşkilatın şinelindən nə qədər istedadlı gənclər çıxdı ki, bu gün onlar ədəbiyyatımızda aparıcı imzalardırlar.

- Azərbaycanda keçirilən ədəbi müsabiqələrə münasibətiniz necədir?
- Ədəbi müsabiqələrin keçirilməsi ədəbi prosesin canlandırılması baxımından, yaradıcılığa stimul vermək baxımından vacibdir. Amma yaxşı olardı ki, bu müsabiqələrdə şəffaflıq təmin olunaydı, münsiflər şəxsi münasibətlərə əsaslanmadan, tam obyektiv, ədalətli seçim edəydilər. Dostum Səlim Babullaoğlunun bir fikri var, deyir, ədəbiyyatda “yaxşı oğlan” ştatı yoxdur. Çox xoşuma gələn fikirdi, sərrast deyimdir. Ədəbiyyat amansız və heç bir güzəşt tanımayan bir zonadır, bu zonada müvəqqəti “yaxşı oğlan” olub hansısa müsabiqədə yalançı yeri tuta bilərsən, amma ədəbiyyatın meyarı zamandır, zamanın sınağından çıxmaq üçün “yaxşı oğlan” olmaq kifayət eləmir. Bunun üçün istedad lazımdır.

- 60-70-ci illərin ədəbi gəncliyi ilə indiki dövrün ədəbi gəncliyi arasında hansı fərqləri görürsünüz?
- Birinci fərq odur ki, onlar tamam ayrı bir ictimai quruluşda, qapalı mənəvi iqlimdə, belə demək mümkünsə, “parnik” şəraitində yetişmişdilər, bizim uşaqlar isə açıq səma altında böyüdülər. Ciddi fərq bundan ibarətdir. 60-ların gücü ondaydı ki, bu qapalı mühitdə beyinlərə azadlıq toxumunu əkməyi bacardılar. Öz əsərləriylə əsarət buzunu əritməyə başladılar. 80-ci illərin sonunda başlanan hərəkatın o qədər güclü olması məhz 60-ların xidmətiydi. O dövrdə şeirdə Rəsul Rzanın ardıcılları yetişmişdi və onlar hər tərəfdən təzyiqlərlə üzləşirdilər, onları çap etmirdilər, xunveybinçi adıyla damğalayırdılar. Amma onlar zəifləmədilər, yarı yolda dayanmadılar. İsa İsmayılzadə, Ələkbər Salahzadə, Tofiq Abdin və digərləri poeziyamıza forma və üslub baxımından yeniliklər gətirdilər. 2000-ci illərdə gələnlərdən Aqşin, Zahir Əzəmət və digərləri onların mənəvi varisləri idilər. O dövrün gəncləri cəsarətliydi, indi cəsarət qəhrəmanlıq hesab olunmur, azad bir cəmiyyətdə yaşayırıq, hər kəs fikrini bildirməkdə sərbəstdir.

- Bir sual da verim. Anarla Şamo Arif arasında gedən savaşda sizcə kim haqlıdır?
- Bilirsiniz Şamo Arifin qeyri-səmimiliyi nədədir? Bu adam Anara cavab verdiyi üçün özünü lənətləyir, amma yenə həmin işi tutur, yenə özü-özünü lənət obyektinə çevirir. Hər şey göz qabağındadır, Anarın təmkini, Şamo Arifin hay-küyü. Tarixi həqiqətlər üzə çıxdıqca kimin haqlı olduğu bəlli olur. Yaşı 70-i ötmüş bir adamın ağsaqqallığa yaraşmayan hərəkətləri, ucuz yolla özünü yada salmaq cəhdləri atası Süleyman Rəhimovun da ruhunu incidir. Mənim mövqeyim hamıya bəllidir, kimlərəsə yarınmaq da təbiətimə yaddır. Sadəcə, həqiqəti deməyi bacarmaq lazımdır. Anarın bu millət üçün etdiklərinin yüzdə birini Şamo Arif eləməyib. Ayıbdır, onun bu yaşda özünü hörmətsiz etməsini arzulamıram.

Комментариев нет:
Отправить комментарий