“Azərbaycanda müasir ədəbiyyat var və əsərlər də yazılır. Ancaq Azərbaycan Yazıçılar Birliyi bu əsərlərə fikir vermir. Ümumiyyətlə, əsərlər arasından hansının yaxşı, hansının pis olduğunu demir”. bizimki.org xəbər verir ki, bu sözləri tanınmış yazıçı Afaq Məsud SİA-ya açıqlamasında deyib. O bildirib ki, AYB gənc ədiblərin ədəbiyyata marağının artırılması yolunda lazım olan müsabiqələr təşkil etmir, laqeyid münasibət göstərir: “Niyə bu gün Milli Kitab Mükafatı Yazıçılar Birliyi tərəfindən təsis olunmur? Hər halda bu cür mükafatların təsis olunması müasir ədəbiyyatdakı prosesi də üzə çıxarır. Son illər Azərbaycan ədəbiyyatında layiqli əsərlərin yazılmaması fikri ilə razılaşmıram. Bu gün layiqli əsərlər var, sadəcə, həmin lazımlı əsərlərin və müəlliflərin üzə çıxarılması yolunda addım atılmır”.
Комментариев нет:
Отправить комментарий