Nazir oğlunun toyu maksimum sadə baş tutub; toyda milli adət-ənənələrimizə yüksək ehtiram müşahidə olunub
QayNar: Son günlər Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toyu ilə bağlı bir-birindən fərqli xəbərlər mətbuatın gündəmini zəbt edib. Demək olar ki, bütün mətbu orqanlarda Z.Məmmədovun oğlunun toyunun təntənəli bir şəkildə baş tutduğu, mərasimdə Ledi Qaqa, Şakira, Dima Bilan, Tarkan kimi dünya ulduzlarının iştirak etdiyi vurğulanır. Hətta bu toyun baş tutmasına 5 milyon manat xərcləndiyi haqqında iddialar da var.
Qeyd edək ki, Ziya Məmmədovun oğlu Hesablama Palatasının rəhbəri Heydər Əsədovun qızı ilə ailə həyatı qurub.
Qaynar.info isə nazir oğlunun toy mərasimi ilə bağlı daha dəqiq informasiya əldə edib. Toyda iştirak edən qonaqların sözlərinə görə, yazılanlardan fərqli olaraq toy maksimum sadə bir şəkildə baş tutub, hər hansı xüsusi təmtəraqdan söhbət belə gedə bilməz:”Toyu tanınmış şoumen Murad Dadaşov açıq elan edərək, sözü Ziya Məmmədovla Heydər Əsədova verdi. Hər iki qohum çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətlərindən və prezident İlham Əliyevin uğurlu siyasətindən söz açdılar. Daha sonra ekranlarda Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı öz əksini tapdı. Bundan sonra isə toy iştirakçıları Ümumilli liderin ruhunu bir dəqiqəlik sükutla yad etdilər”.
Məlumata görə, toy mərasimində müğənnilərindən Brilliant Dadaşova, Abbas Bağırov, gənc müğənni Ramal və o qədər də populyar olmayan bir əcnəbi disko qrup iştirak edib: “Toyda müxtəlif ölkələrdən olan qonaqlar iştirak edirdilər. Toyun belə sadə, milli adət-ənənələrimizə uyğun şəkildə keçirilməsi onları heyrətə salmışdı. Deyilənlərdən fərqli olaraq, həqiqətən bu toyda əcnəbi qonaqlar xalqımızın yüksək mədəniyyətinə və adət-ənənələrinə şahidlik etdilər”.
Allah xeyir versin!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ОтветитьУдалитьXoşbəxt olsunlar
ОтветитьУдалитьsaq elin subaylarin basina.haminin arzuladiqi toydur keske menimde bele bir toyum olardi ama menim toyum 2 il bundan qabaq olub
ОтветитьУдалить