18.04.2011

Bizi PA-YAP qırğını gözləyir!


Prezident Administrasiyası ilə Yeni Azərbaycan Partiyası arasında münasibət gərginləşir…
Siyasi arenadakı canlanma, müxalifətin keçirdiyi etiraz aksiyaları hakimiyyət daxilində bəzi fikir ayrılığı və ziddiyyətlər yaranmasına səbəb olub. Bu ziddiyyətlər daha çox Prezident Administrasiyası və Yeni Azərbaycan Partiyası arasında yaranıb. Bu barədə XuralTAC-a daxil olan məlumatda bildirilir ki, bir neçə gün əvvəl AXCP sədri Əli Kərimlinin evinin qarşısında hakimiyyəti dəstəkləyən gənclərin keçirdiyi aksiyalar bu ziddiyyətləri daha da kəskinləşdirib. Belə ki, YAP rəhbərliyi sözügedən aksiyanın partiyaya aid olmadığı barədə bəyanat versə də, bir neçə gündən sonra partiya təmsilçiləri mətbuata açıqlama verərək, aksiyanın YAP təmsilçiləri tərəfindən keçirildiyini bildirdilər. XuralTAC-a daxil olan məlumatlarda bildirilir ki, belə ziddiyyətli vəziyyətin yaranmasına səbəb məhz PA ilə YAP arasındakı fikir ayrılığıdır. Məlumatda bildirilir ki, əslində, Əli Kərimlinin evinin qarşısında keçirilən aksiya Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Asalanoivun ideyasıdır və aksiyada iştirak edən gənclərin əksəriyyəti onun kurasiyasında olan “İrəli” Gənclər Təşkilatının üzvləri olub. Həmin gənclərin sırasında YAP-çıların da olmasına baxmayaraq, təşkilatçılıq etmədiyinə görə, YAP aksiyanı təşkil etmədiyi barədə açıqlama verdi. Lakin bu məsələdə “İrəli”nin adının hallanmasını istəməyən Elnur Aslanov YAP-a təzyiq göstərərək, aksiyanın “İrəli” deyil, məhz YAP tərəfindən keçirilməsi barədə açıqlama verməyə məcbur edib. Bu səbəbdən də hazırda PA ilə YAP arasındakı ziddiyyətlər daha da kəskinləşir.
Xatırladaq ki, dini sektalarının birinin üzvü olduğu bildirilən Elnur Aslanov millət vəkili, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın oğludur. Elnur Aslanov Özəl Azərbaycan universitetini bitirdikdən sonra Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatınında təlimatçı və baş referant işləyib. 2005-ci ildən PA rəhbərinin köməkçisi, 2007-ci ildən isə şöbə müdiri kimi fəaliyyət göstərir.
XuralTAC

Комментариев нет:

Отправить комментарий