18.04.2011

Əli Nağıyev, tolerantlıq və Ağbulaqlı Qiyas!


Əvəz Zeynallı
Mintinq gününə giriş:
Bu günlərdə dostlardan birinin yanına tanıdığı bir cavan oğlan gəlib. Mitinq günü mitinqçiləri döymək üçün ona 200 manat təklif etdiklərini, xeyli belə adamlara ehtiyac olduğunu deyib. Az qalıb ağlaya. Mitinq günündə Bakıdan gedəcəyini bildirib. Amma 200 manata da ehtiyacı varmış…
Mənə danışdılar… Mən də ağlamaq istədim…
Əli Nağıyevi niyə vurdular?
Elə bu lənətə gəlmiş tolerantlıq toplantılarının daha biri Bakıda gedərkən, bu mənasız toplantıya 800 min manat birdən xərclənərkən, ölkə yeni mitinq dalğasına hazırlanarkən önəmli bir kadrın – Milli Təhlükəsizlik nazirinin birinci müavini Əli Nağıyevin işindən uzaqlaşdırılması xəbəri gəldi. Nağıyev cənabları müşahidəçilər və bilənlər tərəfindən korrupsiya şousunun ilk böyük qurbanı kimi dəyərləndirildi. Mən də fərqli cür fikirləşmirəm. Zatən Əli Nağıyevi illərdir təsfiyə etmək əməliyyatı gedirdi, ona da nail oldular.
Amma maraqlıdır ki, Nağıyev qardaşları sıradan insanlar deyildilər. Onlar hüquq-mühafizə orqanlarında ciddi köklərə malikdirlər. Məşhur YAP-çılardan Həsən Mirzənin bacısı uşaqlarıdır. Ölkənin bir çox iri şirkətləri var ki, bu qardaşlar nəzarət edirlər. Nağıyevlər o qədər sərbəst olublar ki, Həsən Mirzə öz şəxsi malikanəsində öz heykəl-büstünü ucaldacaq dərəcədə azad olub. Yox, bu azadlığı ona saqqalının rənginə və yaşının miqdarına görə verməyiblər, sadəcə Nağıyev qardaşlarının, ələlxüsus Əli Nağıyevin sərhədsiz gücü bu imkanı onlara verib. İndi birdən-birə bu gücün yiyəsi, MTN-nin ən təcrübəli generallarından biri prezident sərəncamı ilə işindən götürülür. Səbəb təkcə korrupsiyaya qarşı mübarizəmi?
İnanmaq çətindir. Çünki korrupsiya bu rejimin və ona sadiq olanların həyat tərzidir. Hər kəs və hamı elliklə korrupsionerdir bu rejimdə. Təmiz adam bunların düşmənidir. Məhz ona görə ki, korrupsioner deyil və korrupsioner bunların əziz-xələf adamlarıdır. Baxın, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Bəylər Əyyubov, Yavər Camalov – hamısı, hamısı korrupsionerdir və bunu bilməyən yoxdur (Adlarını çəkə bilmədiyim minlərlə məmur-korrupsionerdən üzr istəyirəm). Bunlar korrupsiyanı üzdə bəhanə etsələr də, arxada gerçək səbəblər başqa olur.
Ehtimal edənlər var ki, Əli Nağıyevi dini məsələ ilə əlaqədar vurublar. Bir müddət əvvəl Novxanıda milyonlarla manat xərcləyib məscid təmir etdirdiyi və o məsciddə pulsuz ehsan verdiyi haqda «Xural»da məlumatlar dərc etmişdik. Yerli əhalini günlərlə ehsana dəvət etməyin, marşrut avtobusları saxladaraq insanları zorla yeməyə endirməyin bir bədəli olmalı idi və mənbə bizə məhz bu səbəblə Nağıyevin dosyesinin prezidentin masasının üzərinə qoyulduğunu bildirir. Əlavə edir: «Nağıyev ölkədə fəaliyyət göstərən vəhhabilərin himayədarı idi, ona görə də vuruldu».
İnanılması mümkün deyil, amma başqa səbəblər də var. Belə ki, Əli Nağıyev ölkənin bir çox biznes mərkəzlərini öz nəzarətində saxlayıb. Ucsuz-bucaqsız biznes imperiyasını, Bakı ətrafında minlərlə hektar torpaq sahələrini Mehriban Əliyevanın adından idarə ediblər. Xüsusilə, generalın qardaşı Vəli Nağıyevin sahib olduğu iqtisadi şəbəkənin Birinci Ledinin adı ilə bağlandığı xəbərləri kuluarları dolaşdı, durdu. Bina tikintisindən ticarət mərkəzləri şəbəkəsinə qədər Vəli Nağıyevin əlində olan böyük iqtisadi təşəkkülllər var ki, onların Birinci xanıma məxsusluğu şübhə götürmürdü.
Şəxsən Vəli Nağıyevin özünə gəlincə, onun Nərgiz Əliyevaya məxsu olan «Nərgiz» Ticarət Mərkəzində oturduğunu, biznesini oradan idarə etdiyini bilməyənmi var?
Ehtimallar var ki, Nağıyevlər ailəyə pul atıblar və cəzalandırılıblar. Bax, bu ehtimal ağlabatandır və bu rejimə də yaraşan budur. Böyük ehtimalla ortada böyük pullar olub və bu pullardan «yuxarı»ya çatmayanı da olub! Vəssalam! Bu hakimiyyət ən əziz adamlarını belə onlara pul atmaq üstündə vurub. Bir zamanların Rza İbadovu da elə olmadımı? İlham Əliyevə ondan yaxın adammı vardı? Amma o neylədi? Rza İbadov hakim rejimə pul atdı və bunun bədəlini çox ağır ödədi. 2005-ci il seçkilərində birbaşa İlham Əliyevin özü ilə əlaqə saxlayan, sonra onun təklifi ilə parlamentə namizədliyini irəli sürən Rza İbadov məhz bu məsələyə görə bir daha və bir daha vuruldu. Onu Rövnəq Abdullayevin ayaqlarının altında toza çevirdi İlham Əliyev. Məhz pul atdığına görə…
Bu ehtimal daha ağlabatandır və bunun belə olub-olmadığını yaxın gələcəkdə hamımız öyrənəcəyik. Antikorrupsiya tədbiri deyə bir şey yoxdur bu ölkədə. Nə zamansa, haradasa, kiməsə 1000 manat pul verilib, o 1000 manat yuxarılara məruzədə göstərilməyib. Hər şey bu qədər sadədir…
MTN-in birinci müavininin vurulmasını bu cür də oxumaq olar:
Mehriban Əliyevanın adından istifadə edən qruplaşma dağıdılır!
Amma bütün hallarda Əli Nağıyev ciddi kadrdır və onun vurulması həm də regional planda küncə sıxışdırılan «Qərbi Azərbaycan» faktorunun iliyinin vurulmasıdır. Şəbəkə öz işində uğurla irəliləyir…
Əli Nağıyevin yeni və daha yüksək vəzifəyə təyinat alacağı söhbətləri cəfəngiyyatdır. Bu rejim bir dəfə vurduğunu bir daha yüksəltmir (İqbal Ağazadə istisnadır).
Tolerantlıq siyasətinin səbəbi nədir?
Azərbaycan homojen toplumdur. Yəni etnik tərkibi böyük mənada bir millətdən təşəkül tapıb. Bu ölkənin əhalisinin 89-90 faizi türk mənşəlidir və yalnız 10-11 faiz digər etnik ünsürlər var. Amma praktikada vəziyyət başqa cürdür. Azərbaycanı idarə edənlər elə bir ab-hava yaradıblar ki, sanki türklər bu ölkədə 10-11 faizdirlər, qalan etnik ünsürlər isə 89-90 faiz təşkil edirlər. Səbəb nədir?
Biz illərlə bu haqda yazırıq. Bu ölkədə bir «Türksüzləşdirmə siyasəti» aparılır. Hakim ünsür bütün sahələrdə sıxışdırılır. Ölkənin bütün maddi və mənəvi sərvətləri digər etnik ünsürlərin, bir çox hallarda isə etnik mafiyanın ixtiyarına verilir. Bu haqda zaman-zaman yazdığımızdan, bu yazıda bu mövzuya toxunmaq fikrim yoxdur. Sadəcə, hər zaman yazdığım və günü-gündən aktuallıq qazanan bir şüarla bu düşüncələri adlamaq istəyirəm:
«Azərbaycan Türklərindir və əbədiyyətə qədər elə də olacaq!!!»
Nədir bu tolerantlıq siyasəti? Guya bütün dünyadan ağıllıyıqmı? Yox, beynəlxalq sionizmin kələyi bu sahədə də baş tutur, bizi başqa səmtə aparırlar. Bilmirəm, ölkədə tüğyan edən tolerantlıq siyasətinin memarları fərqindədirlərmi ki, bununla Azərbaycanın çoxmillətli dövlət olduğu görüntüsü yaradılır. 3 katolik din mənsublarına kilsə ucaldılır bu ölkədə. Azərbaycan başdan-başa Sion müdriklərinin tezislərinin emblemləri ilə dolur-daşır. Belə tolerantlıq olmur. Tolerantlıq pərdəsi altında Azərbaycanın hakim millətinin hüquqları darmadağın olur. Dünyada bu ölkəni elə tanıtdırırlar ki, burada hamı rahat yaşayır. Həqiqətən də hamı rahat yaşayır, amma bircə türk millətinin hüquqları sıfırdır. Neftdən gələn milyardlar etnik ünsürlər tərəfindən mənimsənilir, ölkənin bütün sərvətləri etniklərin nəzarətində, nə tolerantbazlıqdır? Beləcə, tolerantlıq siyasəti ölkənin hakim millətinin yox sayılmasına və türklərin hüquqlarının məhv olunmasına yönəldilib. Bu cür davam etsə, bir neçə ildən sonra bu torerantlıq tədbirləri beynəlxalq arenada əleyhimizə çevriləcək. Burada türk ünsürünə aid heç nə yoxdur ki? Bir azdan nəyi, kimə, necə sübut edəcəyik? Onsuz da biz özümüz Azərbaycanı çoxmillətli ölkə kimi qələmə veririk. Oysa Azərbaycan çoxmillətli ölkə deyil. Bura millətlər mozaikası deyil. Buranın əhalisinin mütləq əksəriyyəti bir millətin övladlarıdır. Biz başqa millətləri sevmirikmi? Sevirik təbii ki, amma sərvətlərimizə sahib çıxıb hüquqlarımızı bərpa edəndən sonra…
Məndən deməsi… Tolerantlıq siyasəti Azərbaycan dövlətçiliyinin təməllərini sarsıdacaq səviyyəyə gəlib çatıb. Bu siyasətin qarşısı alınmalıdır. Bu da ölkəni idarə edənlərin boynuna düşür…
Siz öncə türklərə, türk millətinə qarşı tolerant olun!..
İlham Əliyevin mer diktaturası…
Bir şəhər neçə dəfə sökülüb-dağıdılar? Bir şəhər neçə dəfə əsaslı təmirdən çıxar? Bir şəhər neçə dəfə yeni-yeni təyin olunan icra hakimiyyəti başçılarının siyasəti nəticəsində darmadağın olar? Bu nə biabırçılıqdır bu ölkəni bürüyüb? Prezidentin bu biabırçı siyasət qarşısında susqunluğuna səbəb nədir?
Təsəvvür edin ki, Gəncənin yeni başçısı Elmar Vəliyev şəhəri başdan-ayağa yenidən sökür. Bunu eynilə Eldar Əzizov da şəhərə başçı təyin olunanda etmişdi. O zaman Eldar Əzizov bütün tikililərin «alkapon»la örtülməsini, bunun şəhərə gözəllik gətirəcəyini iddia etmişdi. O zaman Eldar Əzizov iş adamlarını məhv etdi. Nəfis tikililərin hamısının üzünü «alkapon»a bürüdü. Bütün şəhəri Eldar Əzizov belə idarə etdi. Binaların qarşısını bazarlara çevirdi. İnsanların istirahət yerlərində artırmalara icazə verdi. Puluna minnət, pulunu yığdı, iş adamlarını mələtdi… İndi Elmar bütün bu tikililəri sökür – «qanunsuzdur» deyə…
Sumqayıtda da eyni proseslər davam etdi. Buranı da Vaqif Əliyev xaraba qoydu. Elmar Vəliyev də Yevlaxı elə etdi. İndi Yevlaxda bir problem yoxdur. Oranı prezident Elmar Vəliyevə bağışlayıb. Yevlaxı Elmarın yaxın qohumu Qoca Çərkəzova hədiyyə edib. Amma Elmar Gəncəni başdan-başa sökür. Eldar Əzizov bütün binaları «alkopon»a bürüməyi tələb edirdisə, Elmar aqlay istəyir. Təsəvvür edin Gəncənin halını.
Eldar Əzizov da indi Sumqayıtı elə dağıdır…
Hörmətli və əziz prezident İlham Əliyev, nədir bu baş verənlər? Bu adamlar özlərini nə zənn edirlər? Hər başçı gələndə şəhəri başdan-ayağa dağıtmalıdır?
Əslində, məsələ aydındır. Gələnlər şəhəri ona görə dağıtmırlar ki, abadlıq istəyirlər, yox, ona görə dağıdırlar ki, təmirdə yaxşı pul var. Məntiqi suallar ortaya çıxır…
Əgər Eldar Əzizovdan sonra Elmar Vəliyev Gəncəni sökürsə bunun ikisindən biri cinayətkardır. O zaman ya Elmar Vəliyev həbs olunmalı, ya da Eldar Əzizov şəhəri dağıtdığına görə qazamata getməlidir. Elmar işindədir. Eldar da Sumqayıtda işindədir. O zaman Vaqif Əliyev həbs olunmalıdır. O da nazir müavini kimi yığdıqlarını dəstələməklə məşğuldur…
Bu cür biabırçı kadr islahatı ölkənin hər şəhərində davam edir. Gələn gedənin yerini-yurdunu dağıdır. Əvvəlcə yenə tutub basırdılar içəri, adam da başa düşürdü ki, cinayətkar var. İndi elə deyil. Gəncədən gələn Sumqayıtı dağıdır, Yevlaxdan gedən Gəncəni dağıdır, Sumqayıtdan gedən nazirliyi dağıdır, Şəkidən gedən Şamaxını, Şamaxıdan gedən isə Mingəçeviri dağıdır– İlham Əliyev də bütün olub-bitənləri seyr edir…
Çıxışa haşiyə:
Bizim gözəl Ağdulaqda Qiyas adlı bir avtobus sürücüsü vardı. Sakit, yaxşı və hörmətli insan idi Qiyas. Günlərin bir günündə avtobusa oturan iki gənc sərnişin özünü düz-əməlli aparmır. Qız var, qadın var, Qiyas ha özünü saxlayır ki, indi düşərlər, bir azdan düşərlər, olmur…
Dilində «qadan alım», «qurban olum»dan başqa heç nə olmazdı Qiyasın. Söyüş söyməz, adam incitməzdi. Dəfələrlə gənclərə «qadan alım, sakit olun», «qurban olum, söyüş söyməyin» desə də, dinləmirlər onu. Deyəsən, gənclər bir az da onun üzüyumşaqlığından istifadə edirlər. Nəhayət, dözə bilməyən Qiyas yolun bir yerində avtobusu saxlayır, dəmir «mantirovka»nı götürür əlinə və «qadan alım», «qurban olum»dan anlamaz gəncləri sakitləşdirməyin təbii yolunu seçir. Bağıra-bağıra gəncləri şil-küt edən Qiyasın üzüntü içində bircə bu sözləri eşidilir:
- Mən sizin qadanızı nə qədər alacağam?!
Mən sizə nə qədər qurban olacağam?!
Yox, mən bununla prezidentə heç nə demək istəmirəm. Heç onun Tanrıya bəndəlik etməyən merlərinə də bir sözüm yoxdur. Sadəcə, Qiyasın bu hadisəsi məni bir az düşündürdü:
- Əcəba, bir gün bu millət dəmir «mantirovka»nı əlinə götürsə, nə edəcəksizin?! Axı nə qədər «qadan olum», «qurban olum», «hörmətli», «cənab», «möhtərəm» demək olar Sizə?
Hə???!!!
BU GÜN DƏ MİTİNQ GÜNÜDÜR!!!
ADAMLARIN BİRİNİ 200 MANATA DÖYƏCƏKLƏR!!!

“Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий