Hicab və Hicab Qadağası Məhbusları Müdafiə Komitəsinin idarə heyətinin üzvü olan Tohid İbrahimbəylinin saxlanılmasına əsas kimi, onun iki il bundan əvvəl Gəncədə həbs olunması gətirilib
![]() Qeyd edək ki, Hicab və Hicab Qadağası Məhbusları Müdafiə Komitəsinin darə heyətinin üzvü olan Tohid İbrahimbəylinin saxlanılmasına əsas kimi, onun iki il bundan əvvəl Gəncədə həbs olunması gətirilib. Məlumat üçün bildirək ki, Məşhəd şəhərində ali ilahiyyat təhsili alan, eyni zamanda HHQM MK-nın idarə heyətinin üzvü, Azərbaycan Respublikası vətəndaşı Tohid Alim oğlu İbrahimbəyli, hazırda Lənkəran şəhərində polis idarəsində saxlanılır. Ötən ilin iyul ayının 13-də Gəncə şəhər Şah Abbas Cümə məscidində axşam namazından çıxan zaman Lənkəran şəhər sakini İbrahimbəyli Tohid, Gəncə şəhər Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılır. Gecə şöbədə saxlanıldıqdan sonra heç bir səbəb olmadan Gəncə şəhər Nizami rayon Məhkəməsinə verilir. Səhərisi gün isə qapalı şəraitdə keçirilən məhkəmə iclasında naməlum səbəblərdən ilahiyyatçıya 5 gün həbs qəti imkanı tədbiri seçilir. |

Комментариев нет:
Отправить комментарий