12.04.2011

QULDARLIQ DÖVRÜNƏ DÖNÜŞ

                 Amerikalı kinorejissor Stiven Spilberqin filmi həqiqətə çevrilir



Qərbi Afrika ölkəsi olan Fil Dişi Sahilində 2 liderin 2002-ci ildən bəri davam edən qarşıdurması insanlıq dramına gətirib çıxardı. Ölkədən dünya mediasına hər gün quldarlıq dövründən qaldığı güman edilən görüntülər çıxır.
BMT və Fransanın dəstəyini alan və noyabr ayındakı mübahisəli dövlət başçılığı seçkisinin qalibi elan edilən Alassane Ouattara, ölkəni dəmir yumruqla idarə edən Laurent Gbagbonu küncə sıxışdırdı. Sarayındakı mağarasına sığınan Gbagbo müqavimət göstərir.

Sığınacaqdan döyüşür

Sığınacağa özü və ailəsinə aylarla çatacaq yemək və su yığan Gbagbo, hələ dövlətin rəsmi başçısı olduğunu iddia edir. Fransanın, köhnə müstəmləkələri olan ölkəsinin başına da yenidən özünün gətiriləcəyini ümid edir. Laurent Gbagbonun silahdaşlarının dağılmasına baxmayaraq, çöldəki adamlarına nəzarət etdiyi, dünən Abidjanda Ouattaranın qərargah qurduğu otelə raket atılmasıyla ortaya çıxdı.
BMT və Fransaya aid hərbi vertolyotlar, Gbagbonun iqamətgahı və prezident sarayındakı artileriya silahlarını hədəf alan raket hücumları təşkil etdi. Hücumlarda Gbagbonun iqamətgahının qismən dağıldığı bildirilir.

Diri-diri yandırdılar

Ancaq Gbagbonun beynəlxalq cəmiyyətin dəstəyini alacağı mümkün olacaq şəkildə deyil. ABŞ prezidenti Barak Obamadan Fransa prezidenti Nicolas Sarkoziyə qədər bütün qərbli liderlər "Gbagbo getməlidir", - deyirlər. Yerinə keçəcək olan Ouattaranın, Gbagbodan daha demokratik bir lider olacağı isə şübhəlidir. Çünki ölkədə insan haqqları müşahidəçilərinə görə, Ouattara tərəfdarı olan polis qüvvələri ölkənin bir çox bölgəsində vətəndaşlara qan qusdurur. İnsan Haqqları Müşahidə Təşkilatının bildirdiyinə görə, Ouattaranın tərəfdarları yüzdən çox vətəndaşın ölümünə, minlərləsinin yaralanmasına səbəb olublara. Onlar qadınlara təcavüz ediblər, yüz minlərlə insanın ölkədən qaçmasına məcbur ediblər. Təşkilat ayrıca olaraq, cəsədlərdən bəzilərinin diri-diri yandırıldıqlarına dair izlər olduğunu da əlavə edib.

Əsirlər çəlləkdəki duzlu balığı xatırladır

Ouattara polislərinin əlinə keçən Gbagbo əsgərləri də pis rəftardan paylarını alıblar. Ouattara polislərinə əsir düşən əsgərlər, Abidjanın şimalında bir təmirxanada saxlanılırlar. Kölə ticarəti dövrünü xatırladan görüntülərdə, əsirlər üzərlərindən bir neçə parça alt paltarla dar təmirxanaya sığışmağa çalışırlar. Ouattara, 2000-ci ildə prezident seçilən Gbagboya qarşı 2002-ci ildə qiyam qaldırmış, iki ilə yaxın davam edən vətəndaş müharibəsindən sonra ölkə həqiqətən ikiyə bölünmüşdü. Gbagbo noyabr ayındakı seçkilərdə Ouattaranın seçkilərdə saxtakarlıq etdiyini irəli sürür.

1839-cu ildən 2011-ci ilə

Rejissor Stiven Spilberqin çəkdiyi və rollarda Morqan Freeman və Anthony Hopkinsin oynadığı 1997-ci ildə ekrana çıxarılan "Amistad" film böyük səs-küyə səbəb olmuşdu. Filmdə 1839-cu ildə Afrikadan qaçırılan və kölə edilən yüzlərlə qara, anbarlara bağlanılır, ac və susuz çirkab içində aylarla həbs edilir. Kölə ticarətinə nəzarət edən gəmiləri gördükdə isə yükü yüngülləşdirib qaçmaq üçün əsirlərin bir hissəsi okeana atılır. Fil Dişi Sahilində balıq yığımı kimi üst-üstə yığılan müharibə qurbanları ilə "Amistad" filminin kadrları demək olar ki, eynidir.



Adil Mehdi                                 faktxeber.com

Комментариев нет:

Отправить комментарий