16.04.2011

TAĞI ƏHMƏDOVUN “YERALTI DÜNYA”sında MALİYYƏ FIRILDAQLARI

           Metropoliten rəisi işçilərinin canını töhmətlə qurtara bilib



Ötən ilin iş planına uyğun olaraq Hesablama Palatası Vergilər Nazirliyi ilə birgə Bakı Metropoliteni tərəfindən dövlət vergilərinin qanunvericiliyə uyğun hesablanması və dövlət büdcəsinə ödənilməsinin auditini aparıb.
Palatadan "APA-economıcs"ə verilən məlumata görə, auditin əhatə etdiyi dövrdə Bakı Metropolitenində bir sıra nöqsan və çatışmazlıqlar da aşkar olunub. Belə ki, Vergi Məcəlləsinin tələblərinə riayət edilməyərək qeyri-rezidentlər tərəfindən ölkə ərazisində işlərin görülməsinin vergilərə cəlb olunmaması səbəbindən dövlət büdcəsinə hesablanmalı olan ƏDV üzrə 693,4 min manat, qeyri-rezidentin gəlirindən ödəmə mənbəyindən vergi üzrə 433,9 min manat, ümumilikdə isə 1 127,301 min manat məbləğində vergilərin azaldılması, həmçinin metro gedişi kartlarının satışından əldə olunan vəsaitlərin aylıq deyil, ilin son ayında ƏDV-yə cəlb edilməsi səbəbindən ƏDV-nin düzgün hesablanılmaması, vergi uçotunda durmayan fiziki şəxslərlə müqavilələrin bağlanması, dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərin icrası zamanı göstərilən xidmətlərə görə əldə olunmuş vəsaitlərin bəyənnamədə nəzərə alınmayaraq gəlirlərin azaldılması, vergitutma məqsədləri üçün Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxmalı olan xərclərin, o cümlədən əsasən əmək haqqı xərclərinin, xammal və materialların alınması xərclərinin, sair xərclərin və qeyri-maddi aktivlərə hesablanmış amortizasiya ayırmaları üzrə xərclərin artırılması, gəlirlərdən çıxarılmasına yol verilən xərclərin gəlirdən artıq olan hissəsinin 5 ildən çox davam edən sonrakı dövrə keçirilərək həmin illərin mənfəəti hesabına kompensasiya edilməsi halları müəyyən edilib.
Buna baxmayaraq, Bakı Metropoliteni tərəfindən azaldılmış vergi məbləğləri, həmçinin tətbiq edilməli olan maliyyə sanksiyaları üzrə ümumilikdə 1 765,5 min manat məbləğində vəsaitin auditdən sonrakı dövrdə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bundan başqa, işlərində yol verdikləri nöqsanlara görə Bakı Metropoliteninin İctimai-İaşə Kombinatının direktoruna, Tikilən Metropoliten Müdiriyyətinin rəisinə (eyni zamanda, Bakı Metropoliteninin rəis müavini) və baş mühasibinə töhmət, müqavilə münasibətləri şöbəsinin rəisinə və hüquq məsləhətçisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

anspress.com

Комментариев нет:

Отправить комментарий