FaktXeber.com-un verdiyi məlumata görə, İsralin havadan və dənizdən təşkil etdiyi hücumlar zamanı Qəzzada 55 nəfər dünyasını dəyişib. Həlak olanlardan 11-i azyaşlı olmaqla əksəiryyəti sadə vətəndaşlardır. Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, İsrailin Qəzzaya atdığı raketlər əsasən sivil vətəndaşların yaşadığı yerlərə düşür.
Qeyd edək ki, Həmasın hərbi qanadı olan "İzəddin Əl-Qəssam" briqadasının döyüçüləri də İsrail ordusuna məxsus iki hərbi təyyarəni, bir helikopteri, bir gəmini vurub və iki israilli əsgəri əsir götürüb. Bundan əlavə İsrail ərazisinə yüzlərlə "Fəcr" raketləri də atılıb.
Комментариев нет:
Отправить комментарий