Cavidan
Cəngəlliyin məktəbə təcavüzündən danışaq bu gün.
Məsələn?!
“Azerbaijan-Azerbaycan” adlı bir səhifə var Facebookda.
Kifayət qədər reytinqi və üzvü olan bu səhifə bu günlərdə bir məktəbli qızın fotosunu yayımlayır və dönə-dönə “ Azəri qızı, hər kəs bəyənsin və paylaşsın”, “Bu Azəri qızı sizdən maksimal like xahiş edir” kimi statuslarla çıxışlar edir.
Həmin qızın həmin şəkli 17 yaşlı qızların Azərbaycan- Nigeriya oyunu vaxtı Lənkəranda çəkilib və mənim Valideyn Müəllim Assosiasiyasının sədri olduğum məktəbin şagirdi olaraq, elə öz kollektivimizin həmin oyunda iştirakından xatirə fotosudur.
Əslində, indiki dövr üçün heç də dəhşətli bir hadisə sayılmamalıdır, o əvvəllər idi ki, kiminsə toyunda kiminsə qızının şəklini kimsə gizlicə özüylə gətirdiyi fotoaparatla çəksə, qan davasıyla başlayıb, həbsxanaya gömülməyə qədər böyüyərdi məsələ.
İndi, mobil telefonların və internetin ən son imkanlarından yararlanmaqla bütün dünyanı ovcunun içinə sığışdırmaq mümkündür.
Bir tərəfdən də adamların gözü-könlü çoxdan artıq öyrəşməkdə hər kəsin hər yerdə yayıla biləcək foto və video görüntülərinə.
Amma...
Bir məktəbli qızın, azyaşlının şəklini ortalığa atıb müzakirə predmetinə çevirmək haqqı kimsədə yoxdur, düşünürəm.
Həmin şəkli minlərlə adam görür, yüzlərlə paylaşanlar var, hər like isə o deməkdir ki bu like edənin dost siyahısında olan hər kəs də görüb yaymaq imkanı qazanır fotonu.
Hələ şəklin altına yazılan ən müxtəlif emosiyaların təzahürü olan şərhlər!
Və bu fotonun ilkin paylaşım mənbəyindən alınıb digər səhifə və profillərdə paylaşılması, oralardakı şərhlər, münasibətlər...
Ən iyrənci – Azəri – Türk söhbətini səviyyə, savad, haqq çatdı-çatmadı çeynəyib üyütmək, ən ikrah oyadanı – tanışlıq və ya telefon nömrəsi istəmək, ən ağrılısı – biganə dayanmaqdı.
İnternet – hər kəsin iç dünyasının fotoya alınmış dünyasıdır əslində.
Kimin içində nə varsa, onu axtarar burada, ona can atar, onda görmək istər başqalarını da, onu görməyə tələsər hamıda da.
Və kimlərəsə bu cür yayımlanan şəkillər sadəcə gözəllik, saflıq, vətənpərvərlik aşılayar, kimlərəsə də ən murdar duyğuların diqtəsi ilə az qala porno-yayım sadəcə.
Biz keçən il məktəbli qızların internet tanışlığının qurbanı kimi aldanılaraq Bakıya gətirilməsini unutmamışıq.
Və həmin olaydan sonra nə qədər valideyn qızlarını repetitor hazırlıqlarından çəkib evə oturtdu, ali təhsil almasına mane oldu, internetə ancaq məktəbli qızların başını piyləyib onları Bakıya qaçıra biləcək oğlanların və onlarla yazışmaqdan başqa dərdi olmayan qızların yığnaq məkanı kimi baxdı?!
Mən şəklin altında da şərh kimi öz etirazımı bildirmişdim səhifə adminlərinə, amma şərhimi 3 nəfər bəyəndi, vəssalam, bu gün təkrar yayımını gördüm hətta fotonun.
Sadəcə soruşuram.
Əgər həmin məktəbli bu yayımdan sonra ünvanına gələcək ən cüzi təhqirin, təzyiqin, mənfi yanaşmanın qurbanı olaraq öz bölgəsində, məhəlləsində, məktəbində, evində hər hansı psixoloji və ya fiziki travma alarsa, ən əsası isə, təhsildən, internet imkanlarından, gələcəkdə əldə edə biləcəyi uğurlardan məhrum edilərsə, “Azerbaijan-Azerbaycan” səhifəsinin adminləri hansı məsuliyyəti daşıyacaqlar???
Bu adminlərin heç olmasa mənim bu yazımdan xəbərləri olacaqmı?
Onlar özləri internetdən nə məqsədlə istifadə edirlər görəsən?

Комментариев нет:
Отправить комментарий